Cümə axşamı, Yanvar 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Adaptiv strateji idarəetmə layihəsi başa çatıb

16/12/2022
Adaptiv strateji idarəetmə layihəsi başa çatıb
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Dünən BP tərəfdaşları adından Azərbaycana adaptiv strateji idarəetmə üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən üçillik sosial sərmayə layihəsini uğurla başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi yerli idarəetmədə strateji dəyişikliklərə çevik reaksiya vermək, innovasiyalara və transformasiyalara uyğunlaşmaq bacarıqlarını formalaşdırmaqla bu sahədəki cari tələbatı qarşılamağa dəstək vermək idi. Layihə məhz yerli təşkilatların bu sahədə rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək üçün nəzərdə tutulub.

Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramı (ASEP) əsasında ADA Universitetində həyata keçirilib. Təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin nəzdində yerləşən və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilatlardan olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış və sertifikatlaşdırılmış biznes təhsili üzrə kurikuluma əsaslanıb. Duke CE bu proqramı ABŞ-ın insan resursları üzrə aparıcı konsultant şirkətlərindən biri olan və liderliyin inkişafı üzrə ixtisaslaşan “Korn Ferry” ilə tərəfdaşlıqla hazırlayıb və həyata keçirib.

Proqramı bitirdikdən sonra bütün uğurlu iştirakçılar Dyuk Universitetinin Fuqua Biznes Məktəbindən sertifikatlar alıblar.

Layihənin uğurla tamamlanması münasibətilə bu gün ADA Universitetində tədbir keçirilib. BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz çox məmnunuq ki, Azərbaycanda ilk dəfə olaraq yerli təşkilatların dəyişən biznes mühitinə cəld uyğunlaşmasına kömək üçün nəzərdə tutulmuş ASEP proqramını ölkəyə gətirmişik. Bu, ilk növbədə təşkilatların fəaliyyət davamlılığı üçün önəmlidir. Eyni zamanda, bu onların rəqabət üstünlüklərini qoruyub saxlaması üçün öz planlarını və strateji hədəflərini uğurla həyata keçirmələri üçün önəmlidir. İnanırıq ki, ASEP proqramının məzunları əldə etdikləri bacarıq və biliklərlə fəaliyyət göstərdikləri biznes mühitini daim qiymətləndirmək və mürəkkəb strateji dəyişikliklərə çevik reaksiya vermək üçün lazımi səriştələrə tam yiyələniblər. Bu sahədə yerli potensialın yaradılmasında verdikləri töhfəyə görə iki aparıcı universitetə – ADA Universitetinə və Dyuk Universitetinə təşəkkürümüzü bildiririk”.

ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Dr.Fariz İsmayılzadə qeyd edib: “Adaptiv Strateji İdarəetmə Proqramı” tərəfdaşlarla əməkdaşlığımızı daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda, yüksək ixtisaslı mütəxəssislərin karyera inkişafını sürətləndirib. Bu proqramı uğurla təşkil etdiyinə görə ADA Universitetinin İxtisasartırma Proqramlarına təşəkkür edirik”.

Layihə ADA Universiteti ilə tərəfdaşlıqda “Korn Ferry” təşkilatı (keçmiş “TwentyEighty Strategy Execution”) tərəfindən icra edilib.

Layihənin dəyəri təxminən 1,5 milyon manat (882 min ABŞ dollarından çox) təşkil edib və buraya BP və tərəfdaşlarının iştirakçıların təhsil haqqı ödənişlərinə dəstəyi də daxildir. Layihə üzrə bəzi faktlar və rəqəmlər açıqlanıb. Proqram bütövlükdə altı qrup üçün və hər bir qrupda altı modula əsaslanan altı aylıq təlimdən ibarət olub. Proqramda ümumilikdə dövlət (28 faiz) və özəl (72 faiz) sektoru təmsil edən 123 rəhbər işçi iştirak edib. BP və tərəfdaşları 108 nəfər iştirakçının təliminin müəyyən hissəsini maliyyələşdirib. 117 iştirakçı artıq Dyuk Universitetinin sertifikatlarını əldə edib. Altı iştirakçı hazırda müxtəlif səbəblərdən iştirak edə bilmədikləri sonuncu modulu bitirmək üzrədir.

Tags: BP

Eyni kateqoriyadan Digər materiallar

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir
Maraqlı Xəbərlər

KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir

27/06/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.