Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə “Şöhrət” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev iyulun 23-də sərəncam imzalayıb.
Rəfiqə Hüseynzadə 1952-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı” fakultəsini bitirib. 1975-1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olub. 1981-ci ildə “Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2011-ci ildən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse — prezidentidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalına və “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.