Çərşənbə axşamı, Sentyabr 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının XVIII iclası keçirilib

05/07/2022
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının XVIII iclası keçirilib
31
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Nur-Sultan şəhərində Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclası keçirilib.

“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, iclasda Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstan Baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Baxıt Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

İclasdan əvvəl həmsədrlərin ikitərəfli görüşü baş tutub. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərinə və Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən P.Şahbazov əhəmiyyətli beynəlxalq layihələrin təşəbbüskarları və fəal iştirakçıları – Azərbaycan və Qazaxıstanı dərin tarixi köklərə malik olan və uzun illər uğurlu əməkdaşlıq təcrübəsi ilə möhürlənmiş möhkəm qardaşlıq münasibətlərinin birləşdirdiyini qeyd edib. O, bildirib ki, Prezidentlər İlham Əliyev və Qasım-Jomart Tokayevin siyasi iradəsi sayəsində iki ölkə arasında əlaqələr uğurla inkişaf edir, birgə layihələr fəal həyata keçirilir, razılaşdırma mərhələsində olan “2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi kontekstində böyük əhəmiyyətə malikdir və dialoqumuzun inkişafı üçün yol xəritəsi olacaq.

Nazir iki ölkə arasında ticarət əlaqələrinin dinamik inkişaf etməkdə olduğunu bildirib: “Bu ilin ilk 4 ayında ticarət dövriyyəmizin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon ABŞ dolları təşkil edib. Bununla belə, düşünürük ki, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırılması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi missiyalar, eləcə də özəl sektor təmsilçiləri ilə ölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır”.

İclasda qazaxıstanlı investorlar Ələt Azad İqtisadi Zonasında mövcud olan unikal investisiya imkanlarından və əlverişli biznes şəraitindən yararlanmağa dəvət edilib. Qeyd edilib ki, Azərbaycan tərəfi qarşılıqlı investisiyaların cəlb edilməsi məqsədilə mühüm iqtisadi layihələr haqqında məlumat mübadiləsinə hazırdır. “Qazaxıstan tərəfinin ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması layihələrində iştirakda marağını alqışlayırıq. Ölkələrimizin tranzit potensialının artırılması üçün birgə səylərin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Transxəzər Şərq-Qərb Orta Dəhlizinin inkişafı, regionda yeni tranzit və nəqliyyat imkanları, eyni zamanda Orta Dəhlizin perspektiv tərkib hissəsi kimi Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırıq” – deyə azərbaycanlı nazir əlavə edib.

O, çııxışında ənənəvi enerji daşıyıcıları istiqamətində əməkdaşlıq məsələlərinə toxunub, enerji səmərəliliyi, bərpa olunan enerjidən istifadənin özəl investisiya cəlbi ilə genişləndirilməsi tədbirləri sahəsində əməkdaşlıq, bilik və qabaqcıl təcrübə mübadiləsi üçün də böyük potensialın mövcud olduğu bildirib.

B.Sultanov isə çıxışında deyib ki, çoxəsrlik dostluq əlaqələri və konstruktiv siyasi dialoqla bağlı olduğumuz Azərbaycan hər zaman Qazaxıstanın etibarlı tərəfdaşı olub və belə də qalır: “Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu illər ərzində siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə səmərəli dialoq qurulub. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir infrastrukturun və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən bərpa-yenidənqurma işlərində iştirak etməkdə maraqlıyıq”.

Tədbir çərçivəsində Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 17-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib. Komissiyanın iclasının protokol layihəsinə daxil edilmiş iqtisadiyyat, enerji, nəqliyyat və logistika, kosmik və informasiya texnologiyaları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, məşğulluq və sosial müdafiə, mədəniyyət, idman və gənclər siyasəti, səhiyyə, təhsil, innovasiya və rəqəmsal həllər kimi ümumilikdə 12 məsələ ətrafında müzakirələr aparılıb. İclasın sonunda protokol imzalanıb, növbəti iclasın gələn il Bakıda keçirilməsi razılaşdırılıb. 

Tags: AzərbaycanQazaxıstan

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Мощности ядерной генерации в мире растут
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Из порта Джейхан отгружено более 67 млн баррелей нефти BTC
Azərbaycan

BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb

29/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.