Şənbə, Fevral 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR ilk dəfə karbon emissiyalarının satışından 3 milyon manat mənfəət əldə edib

07/06/2022
SOCAR ilk dəfə karbon emissiyalarının satışından 3 milyon manat mənfəət əldə edib
9
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR karbon emissiyalarının satışından 3 milyon manat (cari məzənnə ilə $1,76 milyon) mənfəət əldə edib. Bu barədə şirkətin məlumatında deyilir.

“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, SOCAR ilk dəfə “Upstream Emission Reduction” (UER) layihəsi çərçivəsində neft-qaz hasilatı zamanı formalaşan emissiyaların sertifikatlaşdırılmasını həyata keçirib.

“Bu layihə neft-qaz sektorunda emissiyaların ciddi şəkildə azaldılması ilə yanaşı, əlavə iqtisadi üstünlüklərin əldə edilməsinə şərait yaradıb. Həyata keçirilmiş layihənin nəticəsi olaraq 14500 ton CO2 ekvivalentində emissiya həcmi sertifikatlaşdırılıb və müvafiq qaydada satılıb. Layihənin icrası nəticəsində SOCAR 3 milyon manat mənfəət əldə edib”, – deyə məlumatda bildirilir.

Qeyd olunan emissiya həcminin sertifikatlaşdırılması və satışı Norveçin “Carbon Limits” şirkəti ilə birgə layihənin həyata keçirilməsi nəticəsində mümkün olub.

Norveç Krallığının “Carbon Limits” şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın fəaliyyət sahələrində “Sızmaların müəyyənləşdirilməsi və aradan qaldırılması” (“Leak Detection and Repair” – LDAR) pilot layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu 11 may 2018-ci il tarixində imzalanıb. Layihə çərçivəsində “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ, Ə.C.Əmirov adına NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, N.Nərimanov adına NQÇİ və “Abşeronneft” NQÇİ-də monitorinqlər keçirilib, sızma mənbələri müəyyənləşdirilib və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

SOCAR-ın məlumatına görə, UER mexanizmi neft-qaz əməliyyatları zəncirində istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq üçün səmərəli alətdir.

Avropa İttifaqının Yanacaq Keyfiyyəti Direktivinə əsasən, neft-qaz təchizatçıları UER layihələrini əməliyyatlar zamanı emissiyaların azaldılması, habelə onların ətraf mühitə təsirlərinin minimuma endirilməsi məqsədilə həyata keçirir və bu barədə müvafiq sertifikatlar alırlar. Proses nəticəsində əldə edilən UER sertifikatları daha sonra enerji təchizatçılarına satıla bilər ki, bu da həmin şirkətlərin emissiyaların azaldılması hədəflərinə çatması üçün bir vasitədir.

“SOCAR bu sahədə əldə olunan uğurlu təcrübəni nəzərə alaraq, gələcəkdə daha geniş seqmentlər üzrə azaldılmış emissiya həcmlərinin ticarəti üzrə yeni layihələr həyata keçirmək niyyətindədir”, – deyə məlumatda vurğulanır.

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.