Cümə axşamı, Sentyabr 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rumıniya energetika naziri Cənub Qaz Dəhlizinin Avropa üçün vacibliyi haqda

28/06/2022
Cənub Qaz Dəhlizinin ilk hissəsinin açılışı keçirilib
11
BAXIŞ
Share on FacebookShare on Twitter

Cənub Qaz Dəhlizi Avropaya təhlükəsiz tədarük üçün heç vaxt olmadığı qədər vacibdir.

Bunu Trend-ə özəl müsahibəsində Azərbaycana səfər etmiş Rumıniya energetika naziri Vircil-Daniel Popesku deyib.

“Azərbaycan Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Hazırda Avropada bütün diqqətlər Azərbaycana yönəlib, hökumətlə bu məsələ ilə bağlı danışıqlar aparılır”, – nazir bildirib.

V.Popesku qeyd edib ki, Rumıniya Rusiya qazıntı yanacağından daha az asılı olan ölkələrdəndir.

“Bizdə ümumi illik təbii qaz istehlakı 11 milyard kubmetr təşkil edir. Biz ildə 8 milyard kubmetr qaz hasil edirdik, indi isə Qara dənizdə hasilata başlamışıq, bu da əlavə 1 milyard kubmetr deməkdir. Biz daha 2 milyard kubmetr qaz nəql etməliyik, ona görə də həll yolu tapmalıyıq. Azərbaycan qazı bizim üçün mümkün həllərdən biridir və biz bu ölkənin hökuməti ilə razılıq əldə etməyə ümidvarıq. Əgər mümkün olarsa, bizim üçün zəruri olan qaz həcmini Azərbaycandan idxal etmək istəyirik. Hazırda danışıqlar aparılır, onlar başa çatanda nəticələr barədə məlumat verəcəyik. Amma biz doğru yoldayıq”, – deyə o bildirib.

Nazir, həmçinin Azərbaycan qazının çıxış imkanlarının müxtəlif üsulları barədə danışıb.

“Biz Trans-Balkan magistral qaz xəttindən reversiv qazın əldə olunması üçün layihə hazırlamışıq. Ötən il biz reversiv axın üçün modifikasiyanı başa çatdırdıq və artıq Türkiyə, Bolqarıstan, Ukraynadan Rumıniyaya qaz idxal və ixrac etmək mümkün olan dəhlizimiz var. Türkiyə vasitəsilə biz Azərbaycandan və mayeləşdirilmiş təbii qaz terminallarından qaz ala bilərik. Tikintisini altı il əvvəl başa çatdırmaq planlaşdırılan Şaquli Dəhlizi bu il başa çatdırmaq nəzərdə tutulur. Tikintisi iyulda başa çatdırılmalı olan Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoru Rumıniyaya TANAP və TAP xətlərinə çıxış imkanı verəcək. BRUA (Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya) boru xətti Cənub Qaz Dəhlizi, Şaqulu Dəhlizdən təbii qazın Rumıniya, Moldova və Avropanın digər ölkələrinə daxil ola biləcəyi daha bir dəhlizdir”, – nazir deyib.

V.Popesku vurğulayıb ki, Rumıniya istehlak olunan neftin 70 faizini idxal edir və bu həcmin yarıdan çoxu Qazaxıstanın payına düşür.

“Digər hissəsi Rusiyadan idxal olunur və biz bu həcmləri digər mənbələrdən idxal etmək üçün həllər tapmalıyıq”, – deyə nazir bildirib.

Rumıniyada SOCAR üçün daha çox imkanlar

“Azərbaycana birinci səfərim zamanı vurğlamışdım ki, Rumıniya hökuməti SOCAR-ın ölkədəki investisiyalarda daha fəal iştirakını arzu edir. SOCAR Rumıniyada 67 yanacaqdoldurma məntəqəsinə malikdir. Amma, fikrimcə, biz birlikdə daha çox işlər görə bilərik. Biz qazdan elektrik enerjisi almaq üzrə layihələrə investisiyaları nəzərdən keçiririk. SOCAR Rumıniya bazarına elektrik enerjisi tədarükçüsü ola, gübrə ticarəti ilə məşğul ola, Rumıniya şirkətləri ilə “yaşıl” enerji, gübrə istehsalı üzrə birgə müəssisələr yarada bilər. Ona görə də biz SOCAR-ı daha çox aktivliyə dəvət edirik və Azərbaycan şirkətlərinin Rumıniyada istənilən investisiyaları dəstəkləyirik”, – V.Popesku deyib.

Xəzər və Qara dəniz arasında “yaşıl dəhliz”

Nazir xatırladıb ki, bu ilin əvvəlində Azərbaycana səfəri zamanı Xəzər və Qara dənizlər arasında “yaşıl” körpünün yaradılması ilə bağlı müzakirələr aparılmışdı.

“Biz bunu “yaşıl dəhliz” adlandırırıq, çünki Gürcüstan ərazisindən Rumıniyaya gedən sualtı kabel vasitəsilə Xəzər və Qara dənizlərin külək elektrik stansiyalarını birləşdirmək istəyirik. Bu, Rumıniyadan Avropanın digər ölkələrinə “yaşıl” enerji ixracını asanlaşdıracaq, belə ki, Avropada hazırda bu cür enerjiyə böyük tələbat var. Bu, Azərbaycan, Rumıniya və Gürcüstan arasında maraqlı layihədir və bir çox digər ölkələr bu layihəyə qoşulmaq istəyəcək”, – deyə o bildirib.

Tags: CQDRUMINİYA

Eyni kateqoriyadan Digər materiallar

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan Prezidenti: “TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik”
Azərbaycan

Azərbaycan Prezidenti: “TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik”

03/02/2023
Gürcüstan Azərbaycandan qaz və neft məhsullarının idxalını artırıb
Azərbaycan

SOCAR: 2023-cü ilin yanvarından Rumıniya Azərbaycan qazı alacaq

17/12/2022
Bakıda CQD və yaşıl enerji üzrə yeni əməkdaşlıq prioritetləri müzakirə edilib
Azərbaycan

Bakıda CQD və yaşıl enerji üzrə yeni əməkdaşlıq prioritetləri müzakirə edilib

12/09/2022
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Azərbaycan qazın nəqlindən xeyli qazanc əldə edib

05/09/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.