Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniya iqtisadiyyatına 69 milyon ABŞ dolları investisiya yatırıb, bu ölkədə geniş fəaliyyətə malikdir.
“Report”un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 6-cı iclasında SOCAR-ın vitse prezidenti Kənan Nəcəfov bildirib.
“Hazırda SOCAR-ın Rumıniyada 729 işçisi var. Şirkətin bu ölkədə 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq saxlama deposu mövcuddur. Biz Rumıniya şirkətləri ilə əməkdaşlıqda çox maraqlıyıq”, – deyə o, qeyd edib.