Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP Azərbaycanla enerji səmərəliliyi sahəsində yeni əməkdaşlıq imkanları axtarır

27/06/2022
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Böyük Britaniyanın bp şirkəti Azərbaycanla enerji səmərəliliyi sahəsində yeni əməkdaşlıq imkanları axtarır.

“bp-nin baş direktoru Bernard Luni iyunun23-24-də Azərbaycanda ikigünlük səfərdə olub. Bu, planlaşdırılmış səfərdir. Səfər çərçivəsində bp rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Tərəflər bp-nin Xəzər regionunda əsas fəaliyyəti çərçivəsində həyata keçirilən neft-qaz layihələrini müzakirə ediblər”, – deyə “bp-Azerbaijan” şirkətinin mətbuat xidmətinin məlumatında bildirilir.

Luni görüşdə bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu təsdiqləyib və Prezident Əliyevə görüləcək işlər və planlar haqqında məlumat verib.

“Şirkət rəhbəri, həmçinin bp-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlayıb”, – deyə məlumatda qeyd olunur.

Səfər zamanı Luni bir sıra digər görüşlər, o cümlədən “BP-Azerbaijan” şirkətinin əməkdaşları ilə də görüş keçirib.

“Görüşlər zamanı Luni Cəbrayıl rayonunda inşa edilməsi nəzərdə tutulan “Şəfəq” (“Sunrise”) günəş elektrik stansiyası layihəsini həyata keçirmək, eləcə də neft və qaz əməliyyatlarının dekarbonizasiyasına nail olmaqla Azərbaycanın və bp-nin atmosferə emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq məqsədlərini dəstəkləyən digər imkanlar axtarmaq üçün birgə işləmək baxımından bir müddət öncə bp ilə Energetika Nazirliyi, həmçinin SOCAR arasında imzalanmış sazişlərin əhəmiyyətini xüsusi vurğulayıb”, – deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, 2022-ci il iyunun 4-də Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci il iyun ayının 3-də bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.

Bu sənəd “Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.

Bundan başqa, SOCAR, bp və BƏƏ-nin “Masdar” şirkəti arasında bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd Azərbaycanda bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

İnterfaks-Azərbaycan

Tags: BP

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.