Bazar, Noyabr 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bu il Avropaya 3,5 mlrd kubmetr Azrbaycan qazı ixrac edilib

05/05/2022
Bu il Avropaya 3,5 mlrd kubmetr Azrbaycan qazı ixrac edilib
13
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bəyan edib ki, 2022-ci ildə Azərbaycan qazının Avropaya ixracı 10 milyard kubmetr həcmini aşacaq

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda Nazirlərin Dəyirmi Masasında iştirak edib.

Caspian Barrel AR Energetika nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, açılış mərasimində çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson arasında bu ilin fevralında keçirilən görüşdən sonra İttifaqla enerji dialoquna diqqət çəkib.

Nazir bildirib ki, enerji dialoqumuzun əsas istiqamətlərini enerji sektorunun karbonsuzlaşdırılması, enerji keçidi, enerji səmərəliliyi, Avropaya əlavə həcmdə qaz, o cümlədən hidrogen ixracı üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi, digər “yaşıl enerji” növlərinin istehsalı və ixracı təşkil edir.

Nazir çıxışında dayanıqlı, əlverişli və təhlükəsiz enerji təchizatının təmin edilməsinin vacibliyinə diqqət çəkərək, bu problemin həllinin diversifikasiya, enerji təhlükəsizliyi və yaşıl keçid üçlüyü arasında seçim edilməsində deyil, onların balanslaşdırılmış vəhdətində olduğunu bildirib.

Keçid prosesində karbohidrogen mənşəli ən təmiz enerji mənbəyi kimi təbii qaz və bərpa olunan enerji mənbələrinin əks qütblər kimi deyil, enerji təchizatının daha da şaxələndirilməsini təmin edən bərabər mövqeyə malik enerji resursları kimi çıxış edəcəyi qeyd edilib.

Bildirilib ki, Cənub Qaz Dəhlizi enerji böhranı zamanı Avropa istehlakçılarını fasiləsiz və sərfəli təbii qazla təmin etməklə qısa müddət ərzində öz strateji əhəmiyyətini sübuta yetirib və Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı kimi rolunu davam etdirmək əzmindədir.

“İndiyədək TAP vasitəsilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib. Cari ilin ilk dörd ayında Avropaya tədarük edilən 3,5 milyard kubmetr Azərbaycan qazının 3,1 milyard kubmetri İtaliyanın, 0,3 milyard kubmetri Yunanıstanın, 0,1 milyard kubmetri isə Bolqarıstanın payına düşüb. Hazırkı ixrac tempi ilə Avropaya qaz tədarükümüzün ilin sonuna kimi 10 milyard kubmetrdən çox olacağı gözlənilir”, deyə Şahbazov bəyan edib.

Həmçinin Azərbaycanın dekarbonizasiya və “yaşıl enerji”yə keçidlə bağlı planları və həyata keçirilən layihələr barədə də geniş məlumat verilib. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımızın da Avropa İttifaqı ilə mövcud mütərəqqi enerji dialoqunun daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaratdığı, hazırda Xəzərin külək potensialının təxminən 7 qeqavatından istifadə edilməklə “yaşıl enerji” istehsalı və bir hissəsinin Gürcüstan və Rumıniya vasitəsilə Qara dənizdə sualtı elektrik kabeli ilə Avropaya ixrac edilməsinə dair yeni layihənin
nəzərdən keçirildiyi diqqətə çatdırılıb.

Tədbir qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid və gələcəyə baxış mövzularında 4 panel sessiya ilə davam edib.

Tags: qaz

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
SOCAR managed to stabilize production and even increased a little
Azərbaycan

2023-cü ildə Azərbaycanda neft hasilatı 7,5% azalıb, qaz hasilatı 3,8% artıb

17/01/2024
2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək
Azərbaycan

2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək

30/01/2024
Avropa anbarlarındakı qaz ehtiyatları nə qədər zamana bəs edər?
Maraqlı Xəbərlər

Avropa anbarlarındakı qaz ehtiyatları nə qədər zamana bəs edər?

15/11/2023
Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalanıb
Azərbaycan

Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalanıb

15/11/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.