CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 102,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,22 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,22 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,3 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 98,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel azdır.