Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bolqarıstan IGB kəməri ilə Azərbaycan qazını sentyabrdan idxal edəcək

26/03/2022
Bolqarıstan IGB kəməri ilə Azərbaycan qazını sentyabrdan idxal edəcək
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Yunanıstandan Bolqarıstana təbii qaz nəqli üzrə çoxdan gözlənilən qaz kəməri iyunun sonunda hazır olacaq və sentyabr ayında istismara veriləcək.

“Report” Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov bildirib.

Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan boru kəməri Bolqarıstanın daxili qaz istehlakında ən böyük paya malik olan Rusiya qazından asılılığını azaltmağa kömək edəcək.

Caspian Barrel bildirir ki, Hazırda Bolqarıstan daxili qaz istehlakının böyük hissəsi Rusiyanın “Qazprom” şirkətindən idxal hesabına qarşılayır, az bir hissəsi isə Azərbaycandan. Hazırda Bolqarıstan Şahdənizdən qazı az bir qismdə barter şəklində idxal edir. Belə ki, “Qazprom” şirkəti Bolqarıstana müəyyən həcmləri “Türk axını” kəməri vasitəsi ilə çatdırır, əvəzində isə Yunanıstana verəcəyi eyni həcmi Azərbaycan TAP vasitəsi ilə ötürür.

Öncədən 220 milyon avro dəyərindəki Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria, IGB) 2020-ci ilə qədər başa çatdırılması planlaşdırılırdı, lakin layihə son illərdə bir sıra inzibati maneələrlə üzləşdi və nəticədə uzun müddət gecikmə oldu.

Bolqarıstanın Baş naziri Yunanıstanın Komotini şəhərində tikinti sahəsi ilə tanış olduqdan sonra “İyun bizim üçün çox vacib olan bu layihənin başa çatması üçün son tarix olacaq” deyib.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 30%-dən çoxunu ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 5 milyard kubmetr həcmində nəzərdə tutulur. Onunla həmçinin Yunanıstan limanına daxil olan maye qazın Bolqarıstana ötürülməsi də planlaşdırılıb.

Tags: İGB

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Maraqlı Xəbərlər

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır

13/08/2025
Доля Азербайджана в газовом импорте Болгарии достигла 52%
Azərbaycan

Apreldə Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 51 %-ni ödəyəcək

02/04/2024
Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb
Azərbaycan

Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb

22/10/2022
İlham Əliyev: Biz Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq
Azərbaycan

İlham Əliyev: Biz Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq

01/10/2022
Launched construction work for gas connector Greece – Bulgaria
Maraqlı Xəbərlər

Bolqarıstan TAP-dan qaz qəbulunun ləngimə səbəblərini açıqlayıb

11/08/2022
Şahbazov: “Avropaya indiyə qədər 13,5 milyard kubmetr Azərbaycan qazı tədarük olunub”
Maraqlı Xəbərlər

Şahbazov: “Avropaya indiyə qədər 13,5 milyard kubmetr Azərbaycan qazı tədarük olunub”

08/07/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.