Bazar ertəsi, Dekabr 15, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Şahbazov: “Avropaya indiyə qədər 13,5 milyard kubmetr Azərbaycan qazı tədarük olunub”

08/07/2022
Şahbazov: “Avropaya indiyə qədər 13,5 milyard kubmetr Azərbaycan qazı tədarük olunub”
2
BAXIŞ
Share on FacebookShare on Twitter

2022-ci ilin ilk altı ayında Bolqarıstan məhdud infrastruktura görə Azərbaycandan cəmi 160 milyon kubmetr qaz idxal edib.

Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Komotini bölgəsində Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edib.

Caspian Barrel AR Energetika nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mərasimdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın Baş naziri Kiril Petkovla yanaşı Azərbaycanın energetika naziri də çıxış edib.

Nazir ilk növbədə tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salam və təbriklərini çatdırıb.

Energetika naziri çıxışında IGB-nin reallaşmasını TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, Cənub Qaz Dəhlizinin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirib. Nazir deyib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir.

Benefits of the Trans Adriatic Pipeline for Greece, Albania and Italy

 “Azərbaycan Bolqarıstan, Yunanıstan da daxil olmaqla Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır. Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr Azərbaycan qazı tədarük olunub. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri isə Bolqarıstanın payına düşüb. Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr  olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaşdırılır. İyulun 1-dən Bolqarıstana tam həcmdə, gündəlik 2,6 milyon kubmetr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir”.  

Nazir dayanıqlı enerji təhlükəsizliyi üçün ölkələr arasında əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Bildirilib ki, Cənub Qaz Dəhlizinin, onun yeni qolu İGB-nin ərsəyə gəlməsi, Azərbaycan qazının ən çox ehtiyac olan vaxtda Avropaya tədarükünün mümkün olması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın, həmrəyliyin, qarşılıqlı etimad və dəstəyin nəticələridir: “Tarixi İstanbul Sazişi imzalanmasaydı, Cənub Qaz Dəhlizi gerçəkləşməyəcəkdi. 2015-ci ildən etibarən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası formatında ölkələrimiz arasında mütəmadi sıx təmaslar, yüksək əlaqələndirmə, məsuliyyətli davranış və məqsədyönlü əməkdaşlıq olmasaydı, biz ardıcıl nailiyyətlərə imza ata bilməzdik. Cənub Qaz Dəhlizi Aİ-Azərbaycan enerji tərəfdaşlığının indiyədək əldə etdiyi ən böyük nailiyyətdir və biz bu uğur hekayəsini davam etdirmək niyyətindəyik.”  

IGB-nin qarşıdakı illərdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində yeni layihələrin müjdəsi olduğu qeyd edilib.

Xatırladaq ki, 2013-cü ilin 19 sentyabr tarixində“Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalayıb.

2019-cu ilin mayında isə Bolqarıstanın Kirkovo bölgəsində Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) təməlqoyma mərasimi keçirilib.

Tags: İGBŞahbazov

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Maraqlı Xəbərlər

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır

13/08/2025
Доля Азербайджана в газовом импорте Болгарии достигла 52%
Azərbaycan

Apreldə Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 51 %-ni ödəyəcək

02/04/2024
Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb
Azərbaycan

Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb

22/10/2022
Pərviz Şahbazov Moldovanın infrastruktur və regional inkişaf naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov Moldovanın infrastruktur və regional inkişaf naziri ilə görüşüb

11/10/2022
İlham Əliyev: Biz Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq
Azərbaycan

İlham Əliyev: Biz Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq

01/10/2022
Launched construction work for gas connector Greece – Bulgaria
Maraqlı Xəbərlər

Bolqarıstan TAP-dan qaz qəbulunun ləngimə səbəblərini açıqlayıb

11/08/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.