Şənbə, İyul 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bolqarıstan TAP-dan qaz qəbulunun ləngimə səbəblərini açıqlayıb

11/08/2022
Launched construction work for gas connector Greece – Bulgaria
10
BAXIŞ
Share on FacebookShare on Twitter

“Şahdəniz” yatağından Azərbaycan təbii qazını Bolqarıstana çatdırılmalı olan Yunanıstan-Bolqarıstan (IGB) interkonnektorunun istismara verilməsində müəyyən gecikmə texniki xarakter daşıyır və sənədlərdəki uyğunsuzluqla əlaqədardır”.

Bu barədə “Report”a Yunanıstan-Bolqarıstan interkonnektorunun layihə şirkəti – ICGB-dən məlumat verilib.

“Bolqarıstanın Ticarət Reyestri ICGB şirkətinin idarəçiliyindəki dəyişiklikləri qeydə almaqdan imtina edib. Buna səbəb Ticarət Reyestrinin şirkətin Yunanıstandan olan İdarə Heyətinin üzvlərindən birini identifikasiya edə bilməməsi olub. Belə ki, onun adı yunan, bolqar və ingilis dilində fərqli yazılıb. Bu uyğunsuzluğu düzəltmək üçün ICGB onun eyni şəxs olduğunu təsdiqləyən bütün lazımi sənədləri təqdim edib”, – ICGB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Bolqarıstan Ticarət Reyestrində qeydiyyat Bolqarıstan və Yunanıstanın milli tənzimləyiciləri (EWRC və RAE) tərəfindən sertifikatlaşdırma tələblərini yerinə yetirmək, həmçinin Avropa Komissiyasının təsdiqi üçün çox vacib elementdir: “Sertifikatlaşdırma, öz növbəsində, Yunanıstan-Bolqarıstan interkonnektorunun kommersiya istismarına başlanılması üçün lazımdır”.

Operatordan bildiriblər ki, şirkət payız-qış istilik mövsümü başlamamışdan qabaq interkonnektorun kommersiya məqsədli istifadəyə verilməsinə nail olmağa çalışır: “ICGB kommersiya fəaliyyətinə başlamaq, bütün şərtlərin mümkün qədər tez yerinə yetirilməsini təmin etmək üçün podratçı şirkətlərlə və iki ölkənin bütün müvafiq qurumları ilə sıx əməkdaşlıq edir”.

Bundan başqa, ICGB-dən məlumat veriblər ki, adı çəkilən interkonnektor Bolqarıstanın təbii qaza olan tələbatını demək olar ki, tamamilə ödəyə bilər: “IGB istismara verilməsinin son mərhələsindədir və bu, ən prioritet layihələrdən biridir. IGB-nin milli və beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb etməsini, regiondakı mövcud vəziyyəti nəzərə alaraq ICGB qəti şəkildə inanır ki, bütün maraqlı tərəflər bu layihəni əsas prioritet kimi qəbul edirlər. Layihə operatoru bütün təşkilati və inzibati tələblərə cavab verir və həm Bolqarıstan, həm də Yunanıstanın dövlət qurumları ilə əməkdaşlıq edir”.

Tags: BolqarıstanİGB

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Maraqlı Xəbərlər

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır

13/08/2025
Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq
Yaşıl enerji

Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji” təchizatı üzrə birgə müəssisəyə qoşulacaq

27/06/2024
Доля Азербайджана в газовом импорте Болгарии достигла 52%
Azərbaycan

Apreldə Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 51 %-ni ödəyəcək

02/04/2024
Азербайджан начнет поставки газа по “Кольцу солидарности” – посол
Azərbaycan

“Həmrəylik halqası” ilə Azərbaycan qazının Avropaya nəqlinin detalları

25/04/2023
Çavuşoğlu: “Azərbaycanla birlikdə Avropa ölkələrinə enerji tədarükünə kömək edəcəyik”
Maraqlı Xəbərlər

Çavuşoğlu: “Azərbaycanla birlikdə Avropa ölkələrinə enerji tədarükünə kömək edəcəyik”

13/04/2023
Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb
Azərbaycan

Bolqarıstanın qaz istehlakında Azərbaycan qazının payı açıqlanıb

22/10/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.