2021-ci ildə Rusiyanın VTB Bankı Azərbaycanın Dövlət Neft Fonduna (ARDNF) 481,3 milyon rubl və yaxud 6,5 milyon ABŞ dolları dividend ödəyib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Fonddan bildirilib.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə 81 % çoxdur. Həmin il ARDNF VTB-dən 265,9 milyon rubl və yaxud 3,4 milyon ABŞ dolları dividend alıb.
Xatırlaadaq ki, ARDNF-in 2012-ci ildə təsdiq olunmuş yeni investisiya siyasətinə əsasən, onun investisiya portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə alətləri daxil olub. Bu çərçivədə Fond Rusiya bankının səhmlərinin təxminən 3 %-ni əldə edib.