Şənbə, Avqust 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft Fondunun aktivləri $56 milyarda qədər artıb

30/01/2024
Neft Fondunun aktivləri $56 milyarda qədər artıb
12
BAXIŞ
Share on FacebookShare on Twitter

2023-cü il dekabrın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-cü ilin əvvəlinə 14.3% artaraq $56 milyard 69,7 milyon təşkil edib. Bu barədə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.

“2023-cü ildə aktivlərin artımı ARDNF-in büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub”, – deyə məlumatda bildirilir.

2023-cü il ərzində ARDNF-in büdcə gəlirləri 21 milyard 661,9 milyon manat, büdcə xərcləri isə 11 milyard 832,6 milyon manat təşkil edib. Hesabat ili ərzində ARDNF-in büdcəsi 9 milyard 829 milyon manat həcmində profisitilə icra olunub.

2023-cü il ərzində ARDNF-in mənfəət neftinin və qazın satışından gəlirləri 14 milyard 519 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 milyard 337,8 milyon manat təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 2 milyard 132,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 milyard 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 34,3 milyon manat yönəldilib.

ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib.

Keçən il ərzində fondun investisiya gəlirliliyi 7,1% olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnib.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Interfaks-Azərbaycan

Tags: Neft Fondu

Eyni kateqoriyadan Digər materiallar

Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
Члены ОПЕК Венесуэла и Иран считают комфортной цену на нефть $100
Azərbaycan

Azərbaycan Dövlət Neft Fondu II rübdə 16 tona yaxın qızıl alıb

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
More than 66% of Azerbaijan’s oil production falls on the ACG block
Azərbaycan

Neft Fondu 11 ayda AÇG layihəsindən $5,7 milyarddan çox gəlir əldə edib

09/12/2024
Neft Fondu: məqsədimiz  spekulyativ gəlir əldə etmək deyil
Azərbaycan

Azərbaycanın Neft Fondu 25 ilə 202 milyard dollar gəlir əldə edib

18/07/2024
Neft Fondunun gəlirləri azalmağa başladı
Azərbaycan

Neft Fondu “Meta”nın 179 milyonluq səhmlərini alıb

29/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.