Cümə, İyun 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Landmark İş Mərkəzi yaşıl enerjiyə keçir

09/02/2022
Landmark İş Mərkəzi yaşıl enerjiyə keçir
19
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu məqsədə nail olmaq üçün iş mərkəzinin damında günəş panellərinin quraşdırılması həyata keçirilib

Bakı şəhərinin mərkəzi hissəsində yerləşən Landmark İş Mərkəzi enerjiyə olan tələbatının alternativ enerji mənbələri hesabına əldə etmək və beləliklə də, ölkəmizdə yaşıl enerjiyə praktikada keçid edən ilk işgüzar məkan olmağa hazırdı.

Bunun üçün Landmark İş Mərkəzinin birinci binasının damında günəş panelləri quraşdırılıb.

Caspian Barrel Azərbaycan Dövlət Neft Fondunun icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlunun (2016- 2017-ci illərdə Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə Direktor vəzifəsində işləyib – CB) “Twitter” səhifəsindəki paylaşımına istinad edərək bildirir ki, 210 kVt/saat elektrik enerjisi vermək qabiliyyətində olan günəş panelləri sisteminin ilk fazası artıq işə salınıb. İş mərkəzinin isitmə, havalandırma və soyutma sistemi üçün tələb olunan enerji 100% yaşıl enerji hesabına həyata keçiriləcək.

Qeyd edək ki, Landmark İş Mərkəzi binasının bənzərsiz bir tarixi var. 1903-1909-cu illər arasında tikilən bu bina 1988-ci ilə qədər şəhərin ən böyük un dəyirmanı olaraq qalıb.

Köhnə dəyirman Bakının neft bumu yüksəkliyində tikilmişdi. Klassik formada layihələndirilən binanın xarici görünüşü tağlı pəncərələr, pilasterlar və dekorativ kornişlərlə zərif şəkildə işlənmişdi.

12.2 Photo Essay - Landmark | Photo essay, Landmark, Baku azerbaijan

Onun L – formalı planı Xəzərdən gələn küləklərdən qorunmaq üçün daxili həyəti olan Bakı evlərinin ənənəvi dizaynını əks etdirir. Memarlıq baxımından fərqli struktur dörd ayaq qalınlığında daş divarları, klassik xarici detallar, xeyli yük daşıma qabiliyyətinə sahib böyük lövhələr, incə çuqun sütunlar və geniş tavan hündürlüklərinə malikdir.

Landmark I binası 1997-1998-ci illərdə tarixiliyini qorumaq şərti ilə müasir üslübda təmir edilmiş və altı mərtəbəli çoxməqsədli ofis binası kimi həmin zamandan istifadəçilərin xidmətindədir.

Caspian Barrel Landmark İş Mərkəzinin icarədarlarının siyahısı ilə tanış olarkən burada ənənəvi enerji (neft və qaz) hasilatı ilə məşğul olan 5 şirkətin yerləşdiyini müəyyən edib: bp, TotalEnergies, JOCAP, Salyan Oil, və ExxonMobil.

Caspian Barrel

Tags: alternativ enerjiLandmarkyaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

ACWA Power to Open Office in Azerbaijan in Spring
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025
Azərbaycanda alternativ mənbələrdən nə qədər enerji əldə edilir – araşdırma
Yaşıl enerji

Cəbrayılda günəş elektrik stansiyası nə zaman işə salınacaq?

20/02/2024
Agreements on solar power plant project with capacity of 230 MW were signed with Masdar
Azərbaycan

Azərbaycandakı 3 yeni alternativ enerji layihəsi $1 mlrd qiymətləndirilir

28/11/2023
Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları
Azərbaycan

Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları

01/06/2023
Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib
Azərbaycan

Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib

30/05/2023
Çin ötən il “yaşıl” texnologiyaların maliyyələşməsinə $3.3 trilyon xərcləyib
Maraqlı Xəbərlər

Çin ötən il “yaşıl” texnologiyaların maliyyələşməsinə $3.3 trilyon xərcləyib

07/02/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.