Bazar, Mart 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP autizmlə bağlı qabaqcıl beynəlxalq bilik və təcrübələri Azərbaycana gətirir

08/02/2022
BP autizmlə bağlı qabaqcıl beynəlxalq bilik və təcrübələri Azərbaycana gətirir
3
BAXIŞ
Share on FacebookShare on Twitter

BP “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından Azərbaycanda autizmlə bağlı məsələlərin həlli ilə məşğul olacaq.

“Report” şirkətə istinadən verdiyi məlumata görə, BP bu yönümdə səyləri birləşdirəcək yerli mütəxəssis təcrübəsinin yaradılması məqsədli layihəyə dəstək verir. Layihə Heydər Əliyev Fondu tərəfindən yaradılmış və yeni istifadəyə verilmiş Autizm Mərkəzinə dəstək çərçivəsində həyata keçirilir.

2021-ci ilin mart ayında başlamış layihənin ilk mərhələsində bir qrup yerli autizm mütəxəssisinə və bütün ölkəyə autizmlə bağlı xidmətlər göstərmək üçün Heydər Əliyev Fondu tərəfindən yaradılan yeni Autizm Mərkəzinin işçi heyətinə təlimlər keçilib.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki: “İnanırıq ki, Autizm Mərkəzinin yaradılması autizmlə bağlı bütün məsələləri cəmləşdirərək cəmiyyət olaraq birlikdə onların həll olunması istiqamətində çox önəmli bir addımdır. BP və tərəfdaşları öz səylərini Heydər Əliyev Fondunun səyləri ilə birləşdirərək autizmlə bağlı problemlərin həlli üçün hazırkı beynəlxalq tendensiyalar, müasir qlobal metodologiyalar və innovativ yanaşmalar üzrə güclü milli təcrübənin formalaşmasında Mərkəzə dəstək verməkdən məmnundur. Ümid edirik ki, Fond və bütövlükdə cəmiyyət ilə sıx işləyərək, autizmlə bağlı problemlərin həllinə yanaşmanı dəyişdirə və bununla da bir çox autizmli insanların – uşaqların və böyüklərin həyatını dəyişə bilərik”.

Layihə çərçivəsində 10 yerli autizm mütəxəssisinə təlimlərin keçilməsi və onlara beynəlxalq sertifikatların verilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq səviyyədə tanınmış ən müasir proqramlar əsasında keçirilir.

Layihəyə həmçinin 60 yerli mütəxəssisdən ibarət bir qrupa autizm spektr pozuntularının əsasları, diaqnostika, müdaxilə, təhsil, terapiya, reabilitasiya, idarəetmə, hesabatların hazırlanması və ehtiyacların qiymətləndirilməsi kimi mövzularda təlimlər də daxildir.

Bundan əlavə, layihə çərçivəsində autizmli insanların öz sosial və karyera bacarıqlarını inkişaf etdirmələri üçün kiçik biznes davamlılığı laboratoriyası yaradılacaq və təxminən 40 nəfər autizmli insanın gələcək həyatlarında uğurlu nəticələr əldə etməsi üçün onların özünüinkişaf və biznes planları hazırlamasına kömək göstəriləcək.

Layihədə həmçinin seçilmiş beynəlxalq tədris və metodiki materialların Azərbaycan dilinə tərcüməsi vasitəsilə beynəlxalq biliklərin ötürülməsi, Autizm Mərkəzi üçün ixtisaslı kadrların hazırlanması və autizmlə əlaqəli məsələlərin daha yaxşı başa düşülməsinə və cəmiyyətdə inklüziv düşüncə və davranışın gücləndirilməsinə yardım etmək üçün bir sıra ictimai maarifləndirmə kampaniyalarının təşkili də nəzərdə tutulur.

Layihənin müddəti 20 aydır və dəyəri təxminən 415 000 manat (244 000 ABŞ dolları) təşkil edir.

Layihə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən icra olunur.

Tags: BP

Eyni kateqoriyadan Digər materiallar

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.