Bazar ertəsi, İyul 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Avropa İttifaqı təcili qaz üçün Azərbaycanın qapısını döyür – Rusiya təchizatı 25 faiz azaldıb

29/01/2022
Avropa İttifaqı təcili qaz üçün Azərbaycanın qapısını döyür – Rusiya təchizatı 25 faiz azaldıb
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Avropa İttifaqı gələn həftə Avropaya Trans-Adriatik (TAP) kəməri ilə qaz nəqlinin artırılmasına dair Azərbaycanla danışıqlar aparacağını bildirib.

Bu barədə məlumatı Avropa İttifaqındakı mənbələrə istinadən “Financial Times” qəzeti verib. Qəzet yazır ki, Aİ-nin energetika üzrə komissarı Kadri Simson Bakıya səfər edəcək və azərbaycanlı həmkarı Pərviz Şahbazovla, habelə ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayevlə danışıqlar aparacaq.

Adının çəkilməsini istəməyən Avropa rəsmisi deyib: “Biz planlaşdırırıq ki, danışıqlar Azərbaycanın Avropanın qaz təchizatının diversifikasiyasındakı roluna həsr olunacaq. Bura Trans-Adriatik boru kəməri ilə qaz təchizatı həcmlərinin artırılması da daxildir. Hazırda TAP kəmərinin gücü ildə 10 milyard kubmetrdir. Azərbaycan Aİ-nin stabil və etibarlı təchizatçısıdır”.

FT yazır ki, keçmiş sovet respublikası olan Azərbaycanın Moskva ilə sıx bağları var. Bu da qeyd olunur ki, hazırda Rusiyanın sülhməramlı qüvvələri Qarabağ münaqişə zonasında yerləşdirilib. “Eurasia Group” analitik mərkəzindən Emre Peker deyir ki, Moskvanın Bakıya müəyyən təsir imkanları var: “Azərbaycana həmişə Rusiyadan qaz asılılığının azaldılmasının və Aİ-nin enerji diversifikasiyasının yollarından biri kimi baxılıb. Odur ki, indi Azərbaycanın qapısının döyülməsi təəccüblü deyil. Siyasi baxımdan düşünürəm ki, Bakı belə bir ideyaya açıqdır, lakin onlar bunun ətrafındakı dinamikaya göz qoymalıdırlar ki, Moskvanı qıcıqlandırmasınlar”.

“Financial Times” diqqəti belə bir məqama çəkir ki, Azərbaycandan Avropaya nəql olunan qazın həcmlərinin artırılmasına dair söhbətlər Avropa İttifaqı ilə Rusiya arasında Ukraynaya görə münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir. Bundan əvvəl bir sıra Qərb mediaları yazırdılar ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya mümkün müdaxiləsi təqdirində Moskvaya qarşı sərt sanksiyalar irəli sürə bilər.

Bunlardan biri də Almaniya və Aİ-nin Rusiyanın “Şimal Axını 2” kəmərindən imtina etməsi ola bilər. Brüsseldə düşünürlər ki, bu halda ehtimalən Rusiya Avropaya qaz nəqlini azalda bilər. Hazırda Rusiya Avropanın istehlak etdiyi qazın 40 faizini verir.

Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol deyir ki, Rusiya artıq Avropaya qaz nəqlinin həcmlərini 2021-ci ilin son üç ayı ilə müqayisədə 25 faiz azaldıb. O inanır ki, Rusiya Avropaya göndərməli olduğu qazın üçdə birini saxlayır.

“Bruegel” analitik mərkəzindən bildiriblər ki, hazırkı hava temperaturlarına baxanda Avropa bu qış maye qaz idxalını artırmaqla kəskin qaz çatışmazlığını aradan qaldıra bilər. Lakin bunun üçün Rusiyanın qazı tamamilə kəsməməsi lazımdır.

FT yazır ki, məhz bu səbəbdən Aİ öz ərazisində enerji böhranının yaranmaması üçün alternativ təchizatçılarla, məsələn o cümlədən Qatarla danışıqlar aparır.

azpolitika

Tags: Avropaqaz

Eyni kateqoriyadan Digər materiallar

SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
SOCAR managed to stabilize production and even increased a little
Azərbaycan

2023-cü ildə Azərbaycanda neft hasilatı 7,5% azalıb, qaz hasilatı 3,8% artıb

17/01/2024
2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək
Azərbaycan

2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək

30/01/2024
Yeddi Avropa ölkəsi 2035-ci ildən elektriki ancaq yaşıl enerjidən almaq qərarı verdi
Maraqlı Xəbərlər

Yeddi Avropa ölkəsi 2035-ci ildən elektriki ancaq yaşıl enerjidən almaq qərarı verdi

20/12/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.