Cümə, May 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Qarabağın enerji sisteminin bərpa planları açıqlanıb

22/12/2021
Qarabağın enerji sisteminin bərpa planları açıqlanıb
5
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azərenerji” ASC Kəlbəcər rayonunda 11 ədəd, Laçın rayonunda 12 ədəd olmaqla cəmi 130 MVt-a yaxın gücdə kiçik su elektrik stanasiyalarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlayıb və növbəti ildə bunların bir qisminin yenidənqurulmasını həyata keçirəcək.

“Report” xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib.

“Ötən bir il müddətində “Azərenerji” işğaldan azad olunan bölgələrdə minatəmizləmə əməliyyatlarından dərhal sonra, bəzi yerlərdə isə paralel olaraq fəaliyyətə başlayaraq qısa müddət ərzində 600 MV/A gücündə yeni rəqəmsal yarımstansiyalar tikib, 400 km-dan artıq 110 kV-luq elektrik veriliş xətləri çəkərək Şuşa şəhəri başda olmaqda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam rayonlarını elektrik enerjisi ilə təchiz edib.

İşğaldan azad olunan ərazilərdə mənbəyi Azərbaycanda formalaşan bolsulu çaylar mövcuddur ki, bunların üzərində 30-a yaxın kiçik su elektrik stansiyası fəaliyyət göstərib. Düşmən əraziləri tərk edərkən onlar tərəfindən bu stansiyalar dağıdılmış, avadanlıqları daşınmış, yerdə qalan tikililər, özüllər isə yararsız vəziyyətə salınıb”, – B. Rzayev bildirib.

“Azərenerji”nin rəhbəri qeyd edib ki, ilk öncə bu stansiyaların monitorinqi aparılıb, müvafiq layihələr hazırlanmaqla onların bərpasına başlanılıb: “Laçın rayonunun Güləbird kəndində yerləşən 8 MVt gücündə kiçik SES ölkə başçısının iştirakı ilə Qarabağda istismara verilən ilk inrastruktur layihəsi oldu. Növbəti mərhələdə döyüş əməliyyatları nəticəsində dağıdılmış ümumi gücü 7,8 MVt olan Suqovuşan-1, Suqovuşan-2 KSES-lər yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Həmçinin, Kəlbəcər rayonunda 4 MVt gücündə daha bir KSES bu günlərdə test rejimində istismar olunur. Ümumilikdə bu stansiyaların gücü 20 MVt-dan artıqdır”.

“Azərenerji” prezidenti ölkə enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyan Cəbrayıl Enerji Qovşağı haqqında məlumat verib:

“Bu layihə çərçivəsində Cəbrayıl rayonunda 330 kV-luq yarımstansiyanın tikintisi planlaşdırılır. Layihənin məqsədi “Xudafərin” və “Qız Qalası” SES-lərin enerjisistemə inteqrasiyası, Qarabağ və Şərqi Zəngəzur enerjisisteminin etibarlılığının artırılması, Xüsusilə Cəbrayıldan Zənqəzur dəhlizini keçməklə 300 km məsafədə Naxçıvanın Şaxtaxtı rayonunda 330 kV-luq YS tikintisi, oradan Türkiyə sərhədinə kimi 50 km olmaqla elektrik veriliş xəttininin tikintisi, eləcə də İğdir bölqəsində Türkiyə enerjisitemi ilə əlaqələnməni təklif edirik. Bu layihə hazırda Gürcustan üzərindən Türkiyə ilə mövcud olan əlaqənin alternativi olmaqla 2,5 dəfə qısa məsafəlidir”.

B. Rzayevin sözlərinə görə, Araz şayı üzərində İran İslam Respublikası ilə ortaq layihə olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının (140+140 MVt) tikintisi layihəsi üzrə “Azərenerji” ASC Azərbaycan höküməti tərəfindən sifarişçi qismində fəaliyyət göstərir: “Hazırda bu istiqamətdə ölkələrarası işçi qrup yaradılıb və layihənin tamamlanması üçün müvafiq işlər icra olunur”.

O qeyd edib ki, işğaldan öncə Qarabağ bölgəsində 1 milyona yaxın əhalini elektrik enerjisi ilə təmin edən elektroenergetika infrastrukturu mövcud olub ki, işğal dövründə vəhşi düşmən bütün şəhər və kəndləri dağıtdığı kimi, qeyd edilən elektroenergetika infrastrukturunu da tamamilə yerlə yeksən edib.

Tags: AzərenerjiBaba RzayeQarabağ

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan dəyər ifadəsində elektrik enerjisinin ixracını 51% artırıb
Azərbaycan

“AzərEnerji”nin 2024-ci ildə kapital qoyuluşunun 50% azalması gözlənilir

23/06/2024
Baku brings about creating renewable energy plants with Masdar
Azərbaycan

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə 3 müqavilələr imzalanıb

04/06/2024
Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub
Yaşıl enerji

Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub

04/06/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

Azərbaycanda I rübdə 7,1 mlrd kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

23/04/2024
Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq
Azərbaycan

Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq

27/02/2024
”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb
Yaşıl enerji

”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb

20/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.