Bazar, Mart 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

bp-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verildi

06/12/2021
bp-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verildi
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bp şirkətinin hədiyyə etdiyi qida təhlükəsizliyi laboratoriyasına dünya şöhrətli molekulyar bioloq, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin adının verilməsi münasibətilə xüsusi tədbir keçirilib.

Caspian Barrel bp-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə milliyətcə türk olan professor Səncər fəxri qonaq qismində şirkətin rəsmiləri ilə birgə tədbirə qoşularaq öz ürək sözlərini iştirakçılarla bölüşüb.

Böyük alim bildirib: “Mənə göstərilmiş bu hörmət üçün hamıya təşəkkür edirəm. Azərbaycan-türk elminin inkişafında mənim də kiçik bir rolum olarsa, bundan yalnız şərəf duyaram. İnanıram ki, bp-nin hədiyyəsi olan bu laboratoriya tələbələrin daha yüksək bilik almaları və elmi fəaliyyətə yönəlmələri üçün gözəl imkan yaradır.”

Nobel mükafatçısının adını daşıyacaq elmi-tədqiqat obyekti bp-nin UNEC-in tədqiqat potensialının artırılması və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə universitetə bağışladığı üç laboratoriyadan biridir. Tam təchiz edilmiş müasir laboratoriyalar xüsusi olaraq qida təhlükəsizliyi, qida texnologiyası və ekologiya sahələrində universitetin araşdırma üzrə ehtiyacını qarşılamaq üçün nəzərdə tutulmuşdur. Bu fənlər universitetin müvafiq bakalavr və magistr proqramlarına daxildir ki, bu da UNEC-ə əmək bazarını yüksək ixtisaslı qida mütəxəssisləri ilə təmin etmək üçün imkan yaradır.

Professor Ədalət Muradov, UNEC-in rektoru: “Bu bizim ən müasir laboratoriyamızdır. bp şirkətinə bizim üçün belə şərait yaratdığına görə təşəkkür edirik.  Bu laboratoriyaya Sizin kimi böyük alimin adının verilməsi tələbələrimizi daha məsuliyyətli etməklə yeni elmi uğurlara səsləyəcək.”

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: ”bp-nin universitetə bağışladığı laboratoriyaya Nobel mükafatçısı Əziz Səncərin adının verilməsi UNEC-lə bərabər bütün bp Azərbaycan ailəsi üçün böyük bir şərəfdir. Bu həqiqətən də şirkətimizin ölkədə elmi-tədqiqat imkanlarının artırılması və təhsilin inkişafına verdiyi töhfələrin layiq görülə biləcəyi ən yüksək qiymətdir və biz bundan artığını arzulaya da bilməzdik. Mən böyük alim Əziz Səncərə və UNEC-ə bizə verdikləri bu yüksək şərəfə görə təşəkkür edirəm. İnanırıq ki, professor Səncərin adı bütün gənc alim və araşdırmaçılara ilham verəcək və onların daim yadına salacaq ki, əsl alim öz xalqına və dünya elminə necə xidmət etməlidir.”

Bu üç laboratoriyadan əlavə bp UNEC-in elmi-tədqiqat potensialını artırmaq məqsədilə 2022-ci ildə daha bir mühüm layihə həyata keçirməyi planlaşdırır. Laboratoriyaların yeni layihə ilə birlikdə ümumi dəyəri təqribən 500 min manatdır.

Tags: BPUNECƏziz Səncər

Eyni kateqoriyadan Digər materiallar

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.