Çərşənbə axşamı, May 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bəxtiyar Aslanbəyli: “Pandemiya nəzərdə tutduğumuz transformasiyaları sürətləndirdi”

04/12/2021
Bəxtiyar Aslanbəyli: “Pandemiya nəzərdə tutduğumuz transformasiyaları sürətləndirdi”
5
BAXIŞ
Share on FacebookShare on Twitter

“Neft-qaz sənayesi və bütövlükdə enerji sənayesi pandemiya dövründə digər sənaye sahələri ilə müqayisədə nisbətən ikiqat çətinliklə üzləşdi. Əslində neft-qaz sənayesi tez-tez böhran şəraiti ilə üzləşir və bu baxımdan böhran vəziyyətlərinin idarə olunmasında daha təcrübəlidir”.

“Report” xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun “Post-pandemiya dövründə biznes transformasiyası” panelində çıxışı zamanı deyib.

Amma, B.Aslanbəylinin sözlərinə görə, bu dəfəki böhran əvvəlkilərdən ciddi fərqlənir:

“Çünki birinci növbədə pandemiya başlamamışdan əvvəl neft-qaz sektorunda ciddi transformasiya çağırışları var idi. Bura “Net zero”, “2050-ci ilə qədər xarici sıfır öhdəliyə nail olmaq” məsələləri və enerji şirkətlərinin transformasiyası, bərpaolunan enerji ilə bağlı qanunvericiliyin və ictimaiyyətin tələbləri və başqa məsələləri daxildi.

2019-cu ildən başlayaraq 2020-ci ilin əvvəllərinə qədər BP şirkəti və başqa iri şirkətlər öz strategiyalarında ciddi dəyişikliklər etməyə başladılar. Həmçinin onlar öz üzərlərinə müəyyən ciddi öhdəliklər də götürdülər. Bunlar strategiyanın dəyişməsi, neft-qaz sektoruna olan investisiyaların tədricən azaldılması və bunun müqabilində bərpa olunan enerji sahəsinə, aşağı karbonlu neft-qaz hasilatına investisiyaların getdikcə artırılmasıdır.

Biz də ötən ilin fevralında bu istiqamətdə öz strategiyamızı, missiyamızı elan etdik. Beynəlxalq aləmdə neft-qaz şirkəti kimi tanınan BP 112 ildən sonra strategiyasını dəyişdi. Biz qarşımıza inteqrasiya edilmiş enerji şirkətinə çevrilməyi qarşımıza qoyduq. Bunun da əsas mahiyyəti neft-qaz resursları ilə bərabər yeni enerji həllərini müştərilərə təklif etməkdir. Belə bir dəyişikliyin bizim şirkətlə bərabər digər şirkətlərin də öz öhdəliyinə götürdüyü dövrdə pandemiya baş verdi və bunun nəticəsində dünya iqtisadiyyatında məlum tənəzzül və tələbin azalması nəticəsində dünya iqtisadiyyatında neftin qiyməti aşağı düşdü. Belə bir halda transformasiyanı həyata keçirmək çağırışı paralel olaraq iqtisadi tənəzzüllə müşayiət olundu. Burada həm biznesi xilas etmək missiyasını və paralel olaraq transmissiyanı həyata keçirməyə ciddi ehtiyac var idi. Bu nöqteyi-nəzərdən məhz neft-qaz şirkətlərinin üzərinə ikiqat çətinlik düşmüşdü”.

B.Aslanbəylinin qeyd etdiyinə görə, yaxşı xəbər ondan ibarətdir ki, BP bu missiyanın öhdəsindən gələ bildi: “Həm Azərbaycandakı, həm də dünyadakı fəaliyyətimizə demək olar ki, təsirsiz nəticələndi. Azərbaycandakı COVID-19-la bağlı olan bütün məhdudiyyətlərə baxmayaraq ölkədə neft-qaz hasilatı səngimədi, operatorluğu bizə tapşırılmış 8 platforma üzrə işlər, 9-cu platformanın tikintisi davam etdi. Bizim nəzərdə tutduğumuz transformasiya pandemiya nəticəsində daha da sürətləndi. Bu isə bizi məcbur etdi ki, daha uzun müddət üçün tətbiqini nəzərdə tutduğumuz məsələləri tezləşdirək”.

Tags: BPBəxtiyar Aslanbəyli

Eyni kateqoriyadan Digər materiallar

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.