Şənbə, İyul 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılacaq

06/12/2021
Azərbaycanda bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılacaq
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Təhsil Nazirliyi və BP şirkəti arasında yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması ilə bağlı əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, protokol bərpa olunan enerji mənbələri, o cümlədən bu sahədə istifadə olunan texnologiyalar, üzrə ixtisaslaşan yerli peşəkarların hazırlanması üçün mühüm bir təhsil layihəsinə dair əməkdaşlığın təməlini qoyur. Bu məqsədlə Böyük Britaniya universitetlərindən biri ilə tərəfdaşlıqda yerli ali təhsil müəssisəsində yeni magistr proqramı yaradılacaq.

Protokol çərçivəsində layihənin texniki aspektlərini, o cümlədən icraçı tərəfdaşın seçim meyarlarını, müəyyənləşdirmək üçün işçi qrup yaradılacaq.

Təhsil naziri Emin Əmrullayev imzalanma mərasimində çıxışı zamanı deyib: “Dövlət siyasətinin mühüm istiqamətlərindən olan “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyası gənclərin xaricdə təhsilinin dəstəklənməsinə mühüm imkanlar yaradıb. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ı çərçivəsində 3 500-ə yaxın gənc xaricdə təhsil alıb. Bərpa olunan enerji üzrə mütəxəssislərin hazırlanması çox vacib bir məsələdir və bu sahədə bp şirkəti ilə əməkdaşlığı yüksək dəyərləndiririk. Bu proqram çərçivəsində tədqiqat layihələrinin də həyata keçirilməsini planlaşdırırıq”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Azərbaycanın enerji keçidi üzrə səylərini dəstəkləmək məqsədilə Təhsil Nazirliyi ilə uzunmüddətli və uğurlu əməkdaşlığımızı yeni istiqamətdə genişləndirməkdən böyük məmnunluq duyuruq. Təsis edəcəyimiz yeni universitet proqramı ölkənin bərpa olunan enerji sektorunun inkişafı üçün zəruri olan yeni təcrübə və bacarıqların formalaşdırılması üçün nəzərdə tutulub. Bu, Azərbaycanın enerjinin gələcəyinə doğru atdığı addımları və eləcə də şirkətimizin insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləmək məqsədini dəstəkləyən gözəl bir layihədir”.

Layihəni Təhsil Nazirliyi və BP birgə maliyyələşdirəcək. BP bu layihəyə 2 milyon ABŞ dolları vəsait qoyacaq.

Yeni magistr proqramı çərçivəsində hər il bərpa olunan enerji mənbələri sahəsində təxminən 40 yerli mütəxəssisin hazırlanması gözlənilir.

Tags: BPTəhsil Nazirliy

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.