Bazar ertəsi, Yanvar 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

B. Aslanbəyli: bp payını satsa da, Azərbaycandan getmək fikri yoxdur

29/09/2021
B. Aslanbəyli: bp payını satsa da, Azərbaycandan getmək fikri yoxdur
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Rusiyanın “LUKOİL” özəl şirkəti Xəzər dəizinin Azərbaycan sektorunda bp-nin operatoru olduğu Abşeron Yarımadasının Dayazsulu Hissəsi geoloji – kəşfiyyat  layihəsində 25% pay alıb.

Bu gün günorta Bakıda yayılan bu xəbər bazar iştirakçıları üçün bir qədər gözlənilməz oldu. Baxmayaraq ki, Rusiya şirkətinin rəhbəri Vahid Ələkbərov ötən ildən bir neçə dəfə müsahibələrində Azərbaycandakı layihələrini genişləndirmək fikrini səsləndirsə də, çoxları bunu Azərbaycan və Türkmənistanın birgə layihəsi olan “Dostluq”da pay almaq niyyəti kimi qəbul edirdi. Və birdən “LUKOİL” şirkətinin Azərbaycanda kəşfiyyat layihəsinə qoşulması və onun operatorunun malik olduğu payın yarısını alması artıq sosial şəbəkələrdə müəyyən söz-söhbətlərə gətirib çıxarıb.

Ümumiyyətlə, cəmiyyətin müəyyən hissəsindəki təşvişləri aradan qaldırmaq və baş tutan sövdələşmənin detallarını aydınlaşdırmaq üçün bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə söhbətləşməyi qərara aldım:

– Nədən Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsindəki payınızın  yarısını satmaq qərarına gəldiniz?

– Biz qərarlaşdırmışıq ki, bu layihədə 25% pay saxlayaq. Bu bizə imkan verəcək ki, öz investisiya potensialımızı Azərbaycanda bərabər bölüşdürək və strategiyamıza uyğun olaraq biznesimizin digər sahələrinə də əsaslı xərclər yönəldə bilək.  Həm də biz, əvvəlki kimi, layihənin geoloji-kəşfiyyat dövrü üçün operator olaraq qalırıq. Bu da bizə layihədəki mühüm mövqeyimizi saxlamağa imkan verir və  Azəri-Çıraq-Günəşli layihəsində (30,4%) və Şahdənizdəki (28,8%) iştirak mövqeyimizə də  uyğundur.

– Bu sövdələşmənin dəyəri nə qədərdir?

– Sövdələşmənin kommersiya şərtləri açıq müzakirə olunmayacaq.

– Bu strukturun perspektivliyinə daha inanmırsınız?

– Biz hələ birinci kəşfiyyat quyusunu qazırıq və həmin quyunun nəticələrini gözləmək lazımdır, amma ilkin qiymətləndirmələrimizə əsasən inanırıq ki, AYDH layihəsi sanballı karbohidrogen hasilatı imkanıdır. Layihə həm də bizim Azərbaycanın uzunmüddətli enerji gələcəyini təmin etmək üçün yeni sahələr  axtarmaq səylərimizi SOCAR-la  və LUKOYL şirkəti ilə birləşdirmək imkanı verir.   Biz AYDH dəniz bloku sahəsinin kəşfiyyatını davam etdirəcəyik. Bu bizim Azərbaycanla uzunmüddətli tərəfdaşlığımızın bir hissəsidir. AYDH layihəsinin kəşfiyyat dövrünün operatoru olaraq orada qazacağımız hər üç quyunun nəticələrinə ümidlə baxırıq. Nəticələr uğurlu olarsa, bu həm Azərbaycana, həm də bizim tərəfdaşlığımıza dəyərlər gətirəcək.

– Bu, Azərbaycandakı biznesinizi satmağa başlamağınızdan xəbər vermir  ki?

– Qətiyyən yox! Biz Azərbaycanda ölkənin ən iri karbohidrogen hasılatı layihələrinin əməliyyatçısıyıq və burada dünyanın ən uğurlu tərəfdaşlıqlarından birini qurmuşuq. Bu regionda otuz ilə yaxındır ki, davam edən təhlükəsiz və etibarlı biznes fəaliyyətimizdən qürur duyuruq.

AYDH layihəsi də daxil olmaqla, Azərbaycandakı biznesimiz uzunmüddətli sabit gəlir gətirən dayanıqlı karbohidrogen layihələrinin gözəl nümunəsidir.

Bu layihələr bp üçün olduqca önəmlidir və yeni strategiyamızla tam uzlaşır.

Karbohidrogen layihələri şirkətimizin mühərriki kimi bizə strategiyamızı irəli aparmağa və yeni bizneslərin yaranmasına və artmasına imkan yaradır. Biz növbəti otuz ildə də burada əsas diqqətimizi dayanıqlı karbohidrogen hasilatı biznesinə yönəldərək həm Azərbaycan üçün, həm də bizə inteqrasiyalı enerji şirkətinə çevrilmək imkanı verəcək gəlirlər yaratmaqda davam edəcəyik.

– Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün yeni investisiya və ya digər pay satma  planlarınız varmı?

– Biz Azərbaycandakı öhdəliklərimizə sadiqik və hökumət və SOCAR-la qurduğumuz tərəfdaşlıqdan qürur duyuruq. Buradakı layihələrimiz bp-ni inteqrasiyalı enerji şirkətinə çevirmək səylərimizi dəstəkləyən gəlirlərin yaradılması üçün çox əhəmiyyətlidir.

Bu baxımdan, hazırda iştirakçısı olduğumuz  Azəri-Çıraq-Günəşli, Şahdəniz və geoloji-kəşfiyyat layihələrinə gələcək   investisiya planlarımız var.

Bundan başqa, Azərbaycanda diqqətimizi digər şaxəli enerji istehsalı imkanlarına  yönəltmək niyyətindəyik. İnanırıq ki, burada yeni əməkdaşlıq sahələrinə keçmək üçün geniş imkanlar var və bununla da bp ölkənin enerji keçidinə mühüm  töhfə verə bilər.

İlham Şaban

Caspian Barrel

Tags: BPBəxtiyar Aslanbəyli

Eyni kateqoriyadan Digər materiallar

На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.