Cümə, İyul 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?

17/09/2021
Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Sentyabrın 15-də Avropada təbii qazın hər 1 000 kubmetrinin qiyməti 970 ABŞ dollarına çataraq tarixi rekord vurdu.

Bununla da, ilin əvvəli ilə müqayisədə avropalılar “mavi yanacağ”ı təxminən 4 dəfə baha almış oldular.

Amma qiymət həmin həddə qısamüddətli oldu və tədricən 735 dollara qədər azaldı. Bu gün səhər isə əmtəə birjaları açılanda qiymət təxminən 800 olub.

Avropada təbii qazın qiymətlərinin oynaması əsasən iqlimlə bağlıdır. Belə ki, 2017-ci ildən bəri Avropada qış kifayət qədər mülayim keçib. Buna görə də enerjiyə, o cümlədən qaza tələbat aşağı olub. Son nəticədə qazın qiyməti ötən ilin mayında ilk dəfə hər 1 000 kubmetr üçün 70 dollardan aşağı düşüb. Lakin dekabrdan başlayaraq vəziyyət kəskin şəkildə dəyişib. Avropaya sərt qış gəlib və əvvəlki illərin yaratdığı arxayınlıqdan dolayı “köhnə qitə”nin buna hazır olmadığı ortaya çıxıb. Qaz artıq dekabrın 25-26-da 200 dollara kimi bahalaşıb.

Qiymətlərin sonrakı aylarda artması istilik mövsümünün may ayına kimi uzanması ilə bağlı olub. Bunun nəticəsi olaraq mayın 5-də qiymət 300 dollar həddini keçib. Məsələ ondadır ki, adətən yeraltı qaz anbarlarına vurulan qazın yalnız 70 %-i istifadə olunurdu. Qış mövsümünün uzanmasından dolayı anbarlarda cəmi 12-15 % qaz olub. Anbarları yenidən doldurmaq üçün böyük həcmdə qaz tələb olunurdu. Tələbin artması avtomatik olaraq bahalaşmaya gətirib çıxarıb. Bu azmış kimi sərt qışı qızmar yay əvəz edib. Elektrik enerjisnə tələbin kəskin artması təbii qazın bahalaşma tempini daha da sürətləndirib. Bu minvalla iyunun 24-də qiymət 400 dollar, iyulun 29-da 500 dollar həddini keçib. Avqustda isə bir neçə tarixi rekord yenilənib və qazın qiyməti 700 dollara kimi artıb. Proses sentyabr ayında da davam edib. Sentyabın 13-də Rusiyada və Avropanın bir sıra ölkəsində payız istilik mövsümü başlayanda qazın qiyməti ilk dəfə 800 dolları keçib, tədricən isə 970 dolları görüb.

İlham Şaban

Bununla belə, Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Avropada qazı bahalaşdıran başqa amillər də var: “Burada “Şimal axnı-2“ ilə bağlı Rusiya ilə ABŞ arasındakı siyasi-iqtisadi gərginliyi, yüksək qiymətlərdən dolayı LNG-nin Asiya bazarına yönəlməsi, “Qazprom”un Yeni Urenqoydakı zavodunda avqustda baş verən qəza kimi qiymət artıma təsir edən digər amillər var. Bu dəfəki ajiotaj həm də yeraltı qaz anbarlarının cəmi 70 %-nin dolu olması fonunda baş verdi. Belə ki, adətən bu vaxta kimi anbarların 80-85 % dolu olurdu”.

Onun sözlərinə görə, qazın qiymətlərinin yüksək olması Azərbaycanın da gəlirlərini artırır: “Azərbaycan Avropada təbii qazını faktiki olaraq bu ildən satır və bu bazara qaz çıxarmağımız Azərbaycan üçün uğurlu olub. Belə ki, 1998-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil etdiyimiz ilk neft dünya bazarına mart ayında çıxdı. O zaman neftin bir barelinin qiyməti 10 dollara düşmüşdü, il ərzində orta ixrac qiyməti 14 dollar idi. Yəni biz neftimizi dünya bazarına çıxaranda onun sərt üzü ilə qarşılaşdıq. İndi isə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Düzdür, Azərbaycan öz qazının bir kubmetrini belə “Qazprom”dan fərqli olaraq hərraclarda satmır. Bizim qaz uzunmüddətli müqavilələr əsasında satılır. Lakin istənilən halda həmin bazarda qazın qiyməti Avropa qaz bazarının təsirlərindən kənarda almır. Yəni tələbat yarananda qazın qiymətləri artır. Bu baxımdan birmənalı şəkildə 2021-ci ildə qazın qiymətlərinin yüksək olması bizim də gəlirlərimizi artırır. Qaz bazarındakı hazırki vəziyyət əslində dolayısı ilə neft gəlirlərimizin də artmasını səciyyələndirə bilər. Belə ki, Avropada artıq elektrik stansiyalarında təbii qaza yox, mazuta üstünlük verməyə başlayıblar. Neft ekvivalenti ilə qazın qiyməti 120 dollar, neftin özünün qiyməti isə 75 dollardır. Mazut neftin emalı zamanı istehsal zəncirinin son məhsuludur. Yəni xərclərə qənaət baxımından kifayət qədər böyük fərq yaranır. Bu fakt enerji şirkətlərini elektrik enerjisinin istehsalında neft məhsullarına keçməyə sövq edəcək. Neftə olan tələbatın artması nəticəsində onun qiyməti oktyabr ayına kimi 100 dollara kimi arta bilər. Əlbəttə ki, böhran aradan qalxdıqca qiymətlər əvvəlki səviyyəyə və yaxud daha aşağı düşə bilər. Buna baxmayaraq neft ixrac edən ölkə kimi qısamüddətli olsa belə gəlirlərimizdə bunun müsbət təsirlərini görəcəyik”.

Tags: Avropaİlham Şabanqaz

Eyni kateqoriyadan Digər materiallar

SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
SOCAR managed to stabilize production and even increased a little
Azərbaycan

2023-cü ildə Azərbaycanda neft hasilatı 7,5% azalıb, qaz hasilatı 3,8% artıb

17/01/2024
2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək
Azərbaycan

2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək

30/01/2024
Yeddi Avropa ölkəsi 2035-ci ildən elektriki ancaq yaşıl enerjidən almaq qərarı verdi
Maraqlı Xəbərlər

Yeddi Avropa ölkəsi 2035-ci ildən elektriki ancaq yaşıl enerjidən almaq qərarı verdi

20/12/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.