Şənbə, İyul 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Dayazsulu Abşeron layihəsində ikinci quyunun ətraf mühitə təsiri sənədi hazirlanib

01/07/2021
Dayazsulu Abşeron layihəsində ikinci quyunun ətraf mühitə təsiri sənədi hazirlanib
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Bp Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi elan edir ki,saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.

ƏMSSTQ sənədi AYDS müqaviləsinin kəşfiyyat qazma mərhələsi üçün hazırlanıb. Bu sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd ikinci kəşfiyyat quyusunu əhatə edir. Həmin quyu qurudan təxminən 1,5km məsafədə, suyun təxminən 7m dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 4000m aşağıda) yerləşən Qərb perspektiv sahəsində qazılacaq.

Qeyd: Şimal-Şərq perspektiv sahəsindəki birinci kəşfiyyat quyusu üçün ƏMSSTQ sənədi 28 avqust 2020-ci il tarixində 60 gün ərzində ictimaiyyətə açıqlanmışdı. Ücüncü quyu sahəsində aparılacaq kəşfiyyat qazma işləri ayrıca olaraq bu ƏMSSTQ-yə əlavə ediləcək sənəddə əhatə olunacaq.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihənin planında və ƏMSSTQ-də nəzərə alınmasını təmin edir.

ƏMSSTQ sənədinin tam layihə variantı Azərbaycan və İngilis dillərində hazırlanmış və bp-nin vebsaytına yerləşdirilmişdir. Sənədlərlə aşağıda verilmiş linklər vasitəsilə tanış ola bilərsiniz:

https://www.bp.com/content/dam/bp/country-sites/en_az/azerbaijan/home/pdfs/esias/swap/swap_bhex_esia_aze_290621.pdf

ƏMSSTQ sənədinin layihə variantına dair öz şərh və rəylərinizi aşağıdakı qaydada bizə göndərməyinizi xahiş edirik:

  • doldurulmuş rəy formalarını [email protected] ünvanına elektron poçt vasitəsilə göndərməklə, və ya
  • doldurulmuş rəy formalarını Bakı şəhəri, AZ1010, Neftçilər prospekti 153, “Port Baku”, BP Xəzər Mərkəzi ünvanına poçt vasitəsilə göndərməklə.

Qeyd: rəy formasına keçid: https://go.bp.com/bAB8G

ƏMSSTQ-nin açıqlanması müddəti 60 gündür. Bu müddət 1 iyul 2021-ci il tarixində başlanır və 30 avqust 2021-ci il tarixində başa çatacaq.

COVİD-19 pandemiyası səbəbindən ƏMSSTQ sənədinin nüsxələrini əvvəllər olduğu kimi ictimai kitabxanalarda yerləşdirmək mümkün olmayacaq. Bununla belə, ictimai kitabxanaların, institutların və universitetlərin yuxarıdakı linklər vasitəsilə bp-nin vebsaytından ƏMSSTQ sənədini yükləməsi və öz onlayn resursları vasitəsilə yayması arzuolanandır.

ƏMSSTQ sənədinin layihə variantına dair fikir və rəylərinizi gözləyirik.

Tags: BPdayazsulu Abşeron

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.