Cümə, İyul 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP Dayazsulu Abşeron layihəsində ikinci quyu üzrə dinləmələr keçirəcək

25/07/2021
BP Dayazsulu Abşeron layihəsində ikinci quyu üzrə dinləmələr keçirəcək
10
BAXIŞ
Share on FacebookShare on Twitter

bp Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üzrə hazırlanmış Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirir.

bp bütün maraqlı tərəfləri 28 iyul 2021-ci il tarixində

saat 14:00-dan 16:00-dək “Microsoft Teams” vasitəsilə onlayn rejimdə keçiriləcək görüşdə iştirak etməyə dəvət edir.

ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları 1 iyul 2021-ci il tarixindən bp-nin vebsaytına yerləşdirilmişdir və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:

  • ƏMSSTQ sənədi: https://www.bp.com/content/dam/bp/country-sites/en_az/azerbaijan/home/pdfs/esias/swap/swap_bhex_esia_aze_290621.pdf
  • Rəy forması: https://go.bp.com/bAB8G

Görüş zamanı bp tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-nin layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.

Görüşə aşağıdakı linklərdən biri və ya QR kodu vasitəsilə qoşulmaq olar:

Click here to join the meeting və ya https://go.bp.com/XnJer

  Qoşulma təlimatı

Kompüterdən qoşulma Mobil telefondan qoşulma
“Microsoft Teams” vasitəsilə görüşə qoşulmaq üçün təqdim edilmiş linkdən istifadə edin. Bu linkin açacağı səhifədə siz görüşə ya veb vasitəsilə ya da kompüter proqramını yükləməklə qoşula bilərsiniz. Əgər sizdə artıq Teams proqramı varsa, görüş avtomatik şəkildə açılacaq. Əgər sizin Teams hesabınız yoxdursa və görüş təşkilatçısı bu funksiyaya icazə veribsə, siz adınızı daxil etməklə, görüşə “qonaq” qismində qoşula bilərsiniz. Əgər sizin Teams hesabınız vardırsa, o zaman Sign in bölməsinə daxil olmaqla görüşə qoşula bilərsiniz (onun yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə).     Audio, video və məzmun bölüşmə funksiyaları da daxil olmaqla, mobil telefonda Teams proqramından ən yaxşı şəkildə istifadə edə bilmək üçün Teams proqramının mobil versiyasını yükləməli və quraşdırmalısınız. Əgər bu proqram sizdə varsa, proqramı açıb görüşə qoşulmaq üçün “Join Microsoft Teams Meeting” linkindən istifadə edin. Əgər bu proqram telefonunuzda yoxdursa, qeyd edilmiş link sizi “app store” platformasına yönləndirəcək və siz oradan həmin proqramı yükləyə bilərsiniz. Əgər Teams hesabınız yoxdursa, “qonaq”qismində görüşə qoşulmaq üçün “Join as a guest”bölməsiniseçin və adınızı daxil edin. Əgər Teams hesabınız varsa, o zaman görüşə qoşulmaq (proqramın yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə) üçün “Sign in and join” bölməsini seçin.

 Qeyd: Proqramı görüş başlamamışdan əvvəl yükləməyə çalışın. Proqramın yüklənməsi internet bağlantınızdan asılı olaraq bir-iki dəqiqə vaxt apara bilər.

Tags: AYDSBPdayazsulu Abşeron

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.