Cümə, Avqust 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda bərpa olunan enerjiyə özəl investisiyaların cəlbi müzakirə edilib

06/07/2021
Azərbaycanda bərpa olunan enerjiyə özəl investisiyaların cəlbi müzakirə edilib
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyinin növbəti kollegiya iclası videokonfrans formatında keçirilib.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, iclasda ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əldə olunan nəticələr, özəl, o cümlədən xarici investisiyaların cəlbi ilə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, qarşıda duran prioritet vəzifələr, həmçinin cari ilin birinci yarısında görülmüş işlər və nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb.

İclası açıq elan edən və iclasın gündəliyi haqqında məlumat verən kollegiya sədri energetika sektorunun inkişafı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən olunmuş vəzifələrin icrasına dair görülmüş işləri diqqətə çatdırıb. Bildirilib ki, bərpa olunan enerji sahəsinə özəl invesitisyaların cəlb edilməsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” nəzərə alınmaqla yaşıl enerji məkanının yaradılması, işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

İclasın gündəliyinə uyğun olaraq, ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində həyata keçirilən layihələrin icra vəziyyətinə dair təqdimat nümayiş etdirilib. Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi sahəsində görülən işlər haqqında məlumat verilib. “Acwa Power”, “Masdar” və BP şirkətləri ilə pilot layihələr üzrə imzalanmış müvafiq müqavilələr çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib.

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın tətbiqinə dair məruzə dinlənilib. Nazirlikdə dövlət qulluğu keçən əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə görülən işlər və öncəki illərdə qiymətləndirmənin nəticələri haqqında məlumat verilib, qiymətləndirmə zamanı obyektivliyin və şəffaflığın təmin olunmasının zəruriliyi vurğulanıb.

Kollegiya iclasında həmçinin 2021-ci ilin birinci yarısında Energetika Nazirliyinə daxil olunmuş sənədlərin icrası, vətəndaş müraciətlərinə baxılması, eləcə də Nazirliyin normativ hüquqi aktlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.

Yekunda nazir Pərviz Şahbazov 2021-ci ilin ikinci yarısında görüləcək işlər və qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün nazirliyin struktur bölmələrinə və tabeli qurumlara müvafiq tapşırıqlar verib.

Tags: Energetika nazirliyi

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.