Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Petroleum” YDM-də elektromobillərin şarjı üçün avadanlıqlar quraşdırıb

17/06/2021
“SOCAR Petroleum” YDM-də elektromobillərin şarjı üçün avadanlıqlar quraşdırıb
8
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR Petroleum” QSC və “CZAR İNTERNATİONAL” şirkətinin birgə layihəsi çərçivəsində “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.

“Report”un “SOCAR Petroleum”a istinadən verdiyi məlumata görə, bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məsçidi yaxınlığında yerləşən “SOCAR” YDM-in ərazisində quraşdırılıb. Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər. 20 kilovatt gücə malik bu şarj avadanlığı vasitəsilə avtomobillər maşının marka və modelindən asılı olaraq, 30-60 dəqiqə ərzində tam şarj olunmaq imkanı əldə edəcəklər.

Bu ilin sonunadək Abşeron yarımadasında və Siyəzən, Qusar, Şamaxı, Şəki, Goran, Hacıqabul, Qobustan, Salyan, Lerik, Şuşada “SOCAR” brendi ilə fəaliyyət göstərən bütün YDM-lərdə “CZAR İNTERNATİONAL” markalı şarj avadanlıqları quraşdırılaraq istehlakçıların istifadəsinə veriləcək.

“CZAR İNTERNATİONAL” şirkəti layihə çərçivəsində ölkəmizdə elektrikli avtomobillərin satışını həyata keçirməklə yanaşı texniki servis fəaliyyəti də göstərəcək. Beləliklə, bu layihənin reallaşması Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetindən irəli gələn tədbirlərə öz tövhəsini vermiş olacaq.

Qeyd edək ki, “CZAR İNTERNATİONAL” 2014-cu ildə Sinqapurda yaradılıb və “LİNGSTAR” şirkətinin Azərbaycan və Gürcüstan bazarlarında eksklüziv distributorudur. “CZAR İNTERNATİONAL” nəqliyyat sektorunda və kənd təsərrüfatında eko-texnologiyaların tətbiqi ilə məşğul olan şirkətdir. Hazırda şirkət Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərir.

“SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu ilin mayın 7-də açılıb. Şirkətin 39 yanacaqdoldurma məntəqəsi və 11 neft məhsullarının saxlama terminalı, 1 sıxlaşdırılmış təbii qaz terminalı və 9 CNG stansiyası fəaliyyət göstərir. “SOCAR Petroleum”da 2 000 nəfərdən çox işçi çalışır.

Tags: SOCAR Petroleum

Eyni kateqoriyadan Digər materiallar

Aydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”
Azərbaycan

Aydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”

28/06/2024
SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb
Azərbaycan

SOCAR-ın nə qədər yanacaqdoldurma məntəqəsi var?

10/06/2024
SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb
Azərbaycan

SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb

11/03/2024
Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib
Azərbaycan

Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

23/01/2024
SOCAR “See Breeze”də modul tipli YDM istifadəyə verdi
Azərbaycan

SOCAR “See Breeze”də modul tipli YDM istifadəyə verdi

10/05/2023
SOCAR Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib
Azərbaycan

SOCAR Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib

05/12/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.