Bazar, May 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Petroleum” qanunvericiliyinin tələblərini pozduğuna görə cərimələndi

12/05/2022
“SOCAR Petroleum”  qanunvericiliyinin tələblərini pozduğuna görə cərimələndi
16
BAXIŞ
Share on FacebookShare on Twitter

Antiinhisar qanunvericiliyinin tələblərini pozmuş “SOCAR Petroleum” dövlət büdcəsinə 27,5 milyon manata yaxın vəsait ödəyəcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “SOCAR Petroleum” QSC-nin antiinhisar qanunvericiliyinin tələblərinin pozulması nəticəsində əldə etdiyi 27 milyon 412.962 min manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib.

“Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə neft məhsulları bazarında rəqabətin pozulması barədə müraciətlər daxil olur. Bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən “SOCAR Petroleum” QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb. Araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb”, – deyə Dövlət Xidmətinin məlumatında bildirilir.

İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.

“Bununla yanaşı, Dövlət Xidməti “SOCAR Petroleum” QSC-nin “Tənzimlənən qiymətlər haqqında” və “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib”, – deyə məlumatda qeyd olunur.

“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb. Hazırda şirkətin 40-dan çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft bazasına malikdir.

İnterfaks-Azərbaycan

Tags: SOCAR Petroleum

Eyni kateqoriyadan Digər materiallar

Aydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”
Azərbaycan

Aydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”

28/06/2024
SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb
Azərbaycan

SOCAR-ın nə qədər yanacaqdoldurma məntəqəsi var?

10/06/2024
SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb
Azərbaycan

SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb

11/03/2024
Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib
Azərbaycan

Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

23/01/2024
SOCAR “See Breeze”də modul tipli YDM istifadəyə verdi
Azərbaycan

SOCAR “See Breeze”də modul tipli YDM istifadəyə verdi

10/05/2023
SOCAR Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib
Azərbaycan

SOCAR Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib

05/12/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.