Çərşənbə, İyun 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Qarabağda yeni enerji gücü mərkəzləri yaradılır

12/05/2021
Qarabağda yeni enerji gücü mərkəzləri yaradılır
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə işğal altına olan torpaqlarını azad etməsi bir çox digər sahələrdə olduğu kimi elektroenergetika sahəsində də əhəmiyyətli layihələrin reallaşdırılmasına şərait yaradıb.

“Report”un məlumatına görə, Cəbrayıl rayonu ərazisində – Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir.

İranla əldə edilmiş razılaşmaya əsasən, ümumi gücü 240 meqavat olan hər iki stansiyadan 716 milyon kVt/s elektrik enerjisi istehsal ediləcək ki, onun da 356 milyon kVt/s-ı Azərbaycanın payına düşəcək.

Ələsgər Həsənov

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov “Report”a açıqlamasında bildirib ki, adıçəkilən hidroqovşaqlar və su elektrik stansiyaları Qarabağ üçün həm enerji, həm də suvarma baxımından əhəmiyyətli olacaq: “Hazırda işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı üçün “Yaşıl enerji” konsepsiyası işlənir. Bildiyiniz kimi dövlət başçısının tapşırığı əsasında, bu ərazilərin bərpaolunan enerji mənbələri hesabına təminatının həyata keçirilməsi üçün tədbirlər həyata keçiriləcək. Külək və günəş enerji potensialının qiymətləndirilməsi ilə bağlı tədbirlər hazırda icra olunur və gələcəkdə yəqin ki, bu sahədə həm iri həcmli, həm də kiçik həcmli layihələrin icra edilməsinə başlanacaq. Həm Araz çayının su ehtiyatlarından, həm də işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından istifadə edilməsi də bu ərazilərin enerji təminatında çox ciddi rol oynayacaq. Azad edilmiş ərazilərdə təqribən 45 kiçik su elektrik stansiyası fəaliyyət göstərib, düşmən ərazini tərk edərkən bu su elektrik stansiyalarının bir çoxunu dağıdıb və talan edib. Hazırda “Azərenejri” ASC işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinin formalaşdırılması işləri görür və bu stansiyalar istifadəyə verildikdən sonra o şəbəkələr vasitəsi ilə ərazinin elektrik enerjisi təminatında istifadə olunacaq”.

“Azərenerji”nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru isə deyir ki, “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının ümumi şəbəkəyə qoşulması üçün Cəbrayılda 330 kilovoltluq yeni yarımstansiya tikiləcək: “Xudafərin” və “Qız qalası” hdroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsi bizim enerjisistem üçün çox böyük əhəmiyyət kəsb edəcək. “Xudafərin” su elektrik stansiyasının gücü 200 MVt-dır, “Qız qalası” su elektrik stansiyasının gücü isə 80 MVt-dır. “Xudafərin” SES-in 100 MVt-ı, “Qız qalası” SES-in isə 40 MVt-ı Azərbaycanın payına düşür.

Mircəlal Hüseynov

Bilirsiniz ki, “Azəreneji” xüsusi proqram tərtib edib və icrasına başlamışıq. Bu ilin sonuna qədər icra bitəcək. Bizim perspektiv inkişaf planına əsasən, Cəbrayılda 330 KV-luq yarımstansiyanın tikintisi həyata keçiriləcək və “Xudafərin”, “Qız qalası” su elektrik stansiyalarını biz birbaşa bu yarımstansiya ilə əlaqələndirəcəyik”.

Energetika Nazirliyinin Qarabağda apardığı araşdırmalara görə, bəzi rayonlarda günəş, bəzi rayonlarda isə külək enerjisi potensialı daha çoxdur.

“Bizim öz araşdırmalarımız da var. Eyni zamanda Dünya Bankı və digər beynəlxalq qurumların bu sahədə ciddi araşdırmaları var, xəritə və atlaslar tərtib olunur. Hər kəsin də bura əlçatanlığı var. Hazırda Araz çayına yaxın ərazilərdə – Füzuli, Cəbrayıl və Zəngilanda günəş potensialı daha çoxdur, lakin Laçın və Kəlbəcər külək potensialı ilə zəngindir”, – deyə Ə. Həsənov əlavə edib.

M.Hüseynovun sözlərinə görə isə, Qarabağda olan mövcud kiçik su elektrik stansiyaları 250 meqavat elektrik enerjisi istehsal etmək potensialına malikdir: “Nəzərə alsaq ki, “Güləbird” su elektrik stansiyasını ermənilər tamamilə dağıtmışdılar və orada “Azərenerji” müəyyən bərpa işləri gördü, hidroturbinlər, hdroqurğular və digər avadanlıqlar bərpa olundu. Biz bunları və o çaylardakı bolsululuğu nəzərə alsaq, biz hardasa 240-250 MVt-a qədər kiçik su elektrik stansiyalarında elektrik enerjisini istehsal edə biləcəyik”.


Tags: Energetika nazirliyiQarabağ

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Bu il Qarabağ və Şərqi Zəngəzurda “AzərEnerji”nin 12 enerji obyekti istismara verilib
Azərbaycan

Bu il Qarabağ və Şərqi Zəngəzurda “AzərEnerji”nin 12 enerji obyekti istismara verilib

29/12/2023
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
Qarabağda “yaşıl” texnologiyaların tətbiqi üzrə monitorinq aparılacaq
Azərbaycan

Qarabağda “yaşıl” texnologiyaların tətbiqi üzrə monitorinq aparılacaq

20/12/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.