Şənbə, Avqust 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Petkim” “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görülüb

28/04/2021
“Petkim” “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görülüb
10
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə” dünya şöhrətli nüfuzlu “International Finance” jurnalının hər il elan etdiyi Beynəlxalq Maliyyə Mükafatları (International Finance Awards) çərçivəsində bu il iki fərqli kateqoriya üzrə mükafata layiq görülüb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, mərkəzi İngiltərədə yerləşən jurnalın “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” (Best Working Capital Management) mükafatatı Türkiyədə Petkimə, “Ən yaxşı qadın maliyyə direktoru” (Best Women CFO) mükafatı isə “SOCAR Türkiyə” Təbii Qaz Bölməsinin maliyyə direktoru Betül Sarıkayaya verilib.

“BU MÜKAFATLARIN PANDEMİYA KİMİ ÇƏTİN BİR DÖVRDƏ VERİLMƏSİ ÇOX DƏYƏRLİDİR”

Beynəlxalq arenada böyük nüfuza sahib olan “International Finance” jurnalının eyni zamanda iki mükafatına layiq görülməyinin qürurverici olduğunu deyən “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin maliyyə işləri üzrə vitse-prezidenti və “Petkim”in baş maliyyə direktoru Elçin İbadov bildirib: “Bu mükafatların bütün dünyanın üzləşdiyi mürəkkəb pandemiya dövründə verilməsi çox dəyərlidir. Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi Petkim bu müddətdə “SOCAR Türkiyə”nin digər şirkəti STAR NEZ ilə inteqrasiya halında işləyərək, neft-kimya xammalına ehtiyacını fasiləsiz və yüksək keyfiyyətlə təmin etmə üstünlüyünə sahib oldu. Bunun sayəsində Petkim logistika xərclərində ciddi qənaətə nail oldu.

Həyata keçirdiyimiz məhsuldarlıq və rəqəmsallaşma layihələri ilə yanaşı, məzənnə və faiz riskləri ilə maliyyə alətlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması və dövriyyə kapitalının səmərəli idarəedilməsinin təsiri ilə Petkim olduqca uğurlu maliyyə nəticələrinə imza atdı. 2020-ci ildə əməliyyat gəlirliliyini əvvəlki ilə nisbətən 21 % artıraraq 1,9 milyard TL-yə çatdıran “Petkim”in ehtiyatlar, debitor borcları, nağd pul və borc idarəçiliyi sahəsində göstərdiyi nəticələrin “Best Working Capital Management” kateqoriyasında mükafata layiq görülməsinə görə böyük fərəh duyuruq”.

“BEST WOMEN CFO” MÜKAFATI SARIKAYAYA VERİLDİ

“International Finance” jurnalının Beynəlxalq Maliyyə Mükafatları çərçivəsində “Best Women CFO” kateqoriyasında təqdim etdiyi mükafata isə “SOCAR Türkiyə” Təbii Qaz Bölməsinin baş maliyyə direktoru Betül Sarıkaya layiq görülüb. 2019-cu ilin iyununda Bursagaz, Kayserigaz, EWE Enerji, Enervis və Millenicom-un satınalma prosesi başa çatdıqdan sonra Təbii Qaz Bölməsi tərkibində fəaliyyət göstərən şirkətlərdə davam edən inteqrasiya prosesi 2021-ci ilin fevralında tamamlandı. Bu prosesdə Sarıkaya maliyyə sahəsində uğurlu fəaliyyəti ilə seçilən şəxslərdən biri kimi ön plana çıxdı.

Tags: mükafatPetkim

Eyni kateqoriyadan Digər materiallar

SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb
Azərbaycan

SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb

28/04/2023
“Petkim” 2021-ci ildə “İxracatın ulduzu” oldu
Maraqlı Xəbərlər

“Petkim” 2021-ci ildə “İxracatın ulduzu” oldu

29/03/2022
“Petkim” 57 illik tarixində rekord xalis mənfəət əldə edib
Maraqlı Xəbərlər

“Petkim” 57 illik tarixində rekord xalis mənfəət əldə edib

28/02/2022
SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib
Maraqlı Xəbərlər

SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib

02/12/2021
“Petkim” qlobal  ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu
Azərbaycan

“Petkim” qlobal ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu

11/10/2021
“Azəriqaz” əməkdaşları “Neftçilər günü”ndə mükafatlandırılıb
Azərbaycan

“Azəriqaz” əməkdaşları “Neftçilər günü”ndə mükafatlandırılıb

20/09/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.