Cümə, Avqust 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP Azərbaycanda ilk dəfə bal meşəsi salıb – FOTO

25/04/2021
BP Azərbaycanda ilk dəfə bal meşəsi salıb – FOTO

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1619297427974","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1619297427931","source":"other","origin":"gallery"}

7
BAXIŞ
Share on FacebookShare on Twitter

BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşlarının 2017-ci ildə başladıqları “Şirin Qızıl” layihəsi uğurla başa çatıb.

Şirkətdən verilən məlumata görə, layihənin məqsədi arıçılıq sahəsində ailə biznesləri yaratmaqla, eyni zamanda ölkədə ilk dəfə olaraq bal meşəsi salmaqla icmalarda dayanıqlı gəlir imkanlarının artırılması idi.

BP və tərəfdaşlarının iri sosial  layihəsi olan “Şirin Qızıl” həmçinin seçilmiş icma üzvlərini öz təsərrüfatlarını qurmaq və idarə etmək üçün lazımi resurslar və bacarıqlarla da təmin edib. 

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BP şirkətinin yüksək vəzifəli əməkdaşları ilə birlikdə Samux rayonuna səfər edərək layihə çərçivəsində 110 000 nektar ağacının əkildiyi əraziyə baş çəkib və dayanıqlı bal biznesi qurmuş bir sıra ailələrlə tanış olub.

Səfər zamanı nazir Muxtar Babayev və BP şirkətinin yüksək vəzifəli əməkdaşları yerli hakimiyyət orqanlarının nümayəndələri və könüllülərlə birlikdə “Şirin Qızıl” layihəsi üçün 2 000 nektar ağacı əkərək  “Yaşıl marafon” kampaniyasına da öz töhfələrini veriblər.

“Biz fəaliyyət göstərdiyimiz bölgələrdəki icmalarda insanlara dayanıqlı mənfəət və faydalar gətirməyimizlə fəxr edirik”, – deyə BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. “Şirin Qızıl” layihəsində qarşıya qoyduğumuz məqsədlər tam həyata keçmişdir – kənd icmalarında insanlar üçün gəlir imkanları açılmış və yeni bacarıqlar yaradılıb.

Həmçinin çox məmnunuq ki, bu layihə ölkədə ağacəkmə və yeni meşələr salma hərəkatına əhəmiyyətli töhfə vermişdir. İnanırıq ki, layihə çərçivəsində yaradılmış bal meşəsi həm arıçılıq üçün bir nektar mənbəyi olacaq, həm də yaşıl təbiət və təmiz ekologiyaya dəyərli dəstək kimi uzun illər boyu yerli icmalara xidmət edəcək”.

“Şirin Qızıl” nədir?

Layihə boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvü üçün yeni gəlir imkanları yaradılmasını nəzərdə tutan bir-illik pilot təşəbbüsü kimi 2017-ci ildə başlanmışdır. Bu, əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanı idi.

Sonra layihə BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadıldı. Layihənin üç il üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi əlavə olaraq daha 400 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110 000-dən çox nektar ağacı əkmək idi.

Layihənin gətirdiyi dayanıqlı mənfəət və faydalar:

Ötən dörd il ərzində layihəyə təxminən 1,4 milyon dollar sərmayə qoyularaq Yevlax, Goranboy, Samux, Şəmkir, Ağstafa və Tovuz rayonlarından seçilmiş ailələrin öz şəxsi arıçılıq bizneslərinə başlamaları və onu idarə etmələri üçün lazımi resurslar təmin edilmiş və bacarıqlar yaradılıb.

530 ailə (2017-2020) arıçılıq və kiçik fermer təsərrüfatı üzrə avadanlıqlar, təlim və davamlı konsultasiya xidməti ilə təmin edilib.

Həmin ailələrə 6 000-dən çox arı qutusu verilib və onlar 2018-2020-ci illərdə öz arılarından təxminən 73 ton bal əldə ediblər ki, bunun da ümumi satış dəyəri 800 000 dollarından artıq olub.

Samuxda arıçılıq üçün 110 000 nektar ağacı əkilib və bununla da ölkədə ilk bal meşəsi salınıb.

oxu.az


Tags: BP AzərbaycanSosial layihə

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
“Səngəçal” terminalında enerji sisteminin sabitləşdirilməsi layihəsi nə zaman başa çatacaq?
Azərbaycan

“Səngəçal” terminalında enerji sisteminin sabitləşdirilməsi layihəsi nə zaman başa çatacaq?

23/07/2025
SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb
Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
“Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il ötür
Azərbaycan

“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP

29/04/2024
“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?
Azərbaycan

“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?

22/04/2024
bp Azərbaycanda su təchizatının yaxşılaşdırılmasına dəstək verəcək
Azərbaycan

bp Azərbaycanda su təchizatının yaxşılaşdırılmasına dəstək verəcək

22/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.