Şənbə, İyul 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Türkiyənin təbii qaz anbarlarının həcmi 3 dəfə artırılacaq

07/02/2021
Türkiyənin təbii qaz anbarlarının həcmi 3 dəfə artırılacaq
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyə spot qaz bazarında “Istanbul Benchmark” (etalon qiymət) adı altında özünü virtual qaz ticarəti nöqtəsi (VTP) olaraq təqdim etməyi hədəfləyir

Bunu “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Türkiyənin bir çox ölkənin təbii qazını “Istanbul Benchmark” olaraq qiymətləndirməsini istəməsi, bölgədə daha yaxşı qaz rəqabətinə və ya regiondakı hər hansı likvidliyə yol açacaq.

Türkiyə Xarici İşlər Nazirliyinin enerji müşaviri Caner Can hesab edir ki, Türkiyənin təbii qaz infrastrukturun daha da güclənməsi əlavə investisiyalar hesabına baş verir: “Türkiyənin təbii qaz anbarlarının həcmi 2023-cü ilin sonuna qədər 3 qat artacaq”.

Qeyd edək ki, Avropanın başlıca qaz satışı mərkəzi olan TTF-də qiymətlər yanvar ayındakı 257 USD/1000 kubmetrə qarşı fevralın əvvəlindən bu yana 225-227 ABŞ dolları səviyyəsindədir.

Xatırladaq ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

2020-ci il ərzində Azərbaycan Türkiyəyə 21 % çox, yəni 11,1 mlrd kubmetr qaz ixrac edib. TANAP ilə Türkiyəyə bu müddətdə 4,7 mlrd kubmetr qaz nəql olunub. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 1,9 mlrd kubmetr və ya 68,8 % çoxdur.

Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi, Cənub Qaz Dəhlizinin bir seqmenti olaraq, Xəzər Dənizində Azərbaycana aid olan “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazı Türkiyə və Avropaya nəql edir. Ana xəttinin uzunluğu 1 850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Ardahan bölgəsindən başlayaraq, Ardahan, Qars, Erzurum, Erzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Edirne daxil olmaqla 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində Edirnenin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edəcək TAP Təbii Qaz Boru Kəmərinə birləşir. Eskişehir və Trakyada Türkiyənin ölkədaxili təbii qaz ötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var.

Cənub Qaz Dəhlizi 3 500 km uzunluğunda olan üç boru kəmərini birləşdirir. Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP boru kəmərlərində bütün tikinti işləri artıq başa çatıb. Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qaz bu boru kəmərləri vasitəsi ilə artıq Türkiyə bazarına çatdırılır və ötən ilin sonundan etibarən Avropa bazarlarına da daşınır.

Tags: TürkiyəTəbii qaz

Eyni kateqoriyadan Digər materiallar

İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?
Azərbaycan

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025
Швейцарская AXPO выходит из проекта TAP
Azərbaycan

Azərbaycan qazının Türkiyəyə tədarükü avqustda müvəqqəti dayandırılacaq

29/07/2024
Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan

Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib

08/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.