Bazar, Avqust 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Türk Şurası ölkələrinin energetika nazirlərinin ilk iclası keçirilib

24/02/2021
Türk Şurası ölkələrinin energetika nazirlərinin ilk iclası keçirilib
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ – Türk Şurası) energetika nazirlərinin 1-ci görüşü keçirilib

“Report“un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın energetika naziri Pərviz Şahbazov və TDƏŞ-in Baş katibi Bağdad Amreyevin açılış nitqləri ilə başlayıb. İclasa sədrlik edən nazir bildirib ki, türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü şəkildə davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nüfuzlu, çoxtərəfli əməkdaşlıq formatı kimi uğurla inkişaf edir və Azərbaycan bu əməkdaşlığın humanitar müstəvidən çoxşaxəli iqtisadi müstəviyə doğru genişlənərək inkişafına öz töhfəsini verir: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5 dəfə artaraq 4,4 milyard ABŞ dollarına çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faiz təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,3 mlrd. ABŞ dolları sərmayə yatırıb”.

P.Şahbazov bütün sahələrdə olduğu kimi enerji sahəsində də yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin Türk Şurası formatında enerji əməkdaşlığı modeli üçün də əsas rol oynadığını bildirib: “Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 431 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 milyard kubmetr qaz nəql olunub. Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir.”

Azərbaycanın təşkilata sədrliyinin mürəkkəb bir dövrə təsadüf etməsinə baxmayaraq, nümunəvi səviyyədə olan həmrəylik və səmərəli qarşılıqlı fəaliyyətlə yadda qaldığı vurğulanıb. Azərbaycana 44 günlük Vətən müharibəsi dövründə ən çox dəstək verən təşkilatın məhz Türk Şurası olduğu qeyd edilib. Azad edilmiş ərazilərin bərpasında, həmçinin Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin iştirakı əməkdaşlığı dərinləşdirəcək imkanlar kimi diqqətə çatdırılıb.

Təşkilatın Baş katibi Bağdad Amreyev energetika sahəsində əməkdaşlığın Türk Şurasına üzv dövlətlər üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqinin təşkilatın əsas məqsəd və vəzifələrindən biri olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində olan nümunəvi əməkdaşlıqdan bəhs edərək, Cənub Qaz Dəhlizinin gələcək uğurlu əməkdaşlıqlara imkanlar açdığını qeyd edib.

Tags: Energetika nazirliyiTürk Şurası

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.