Cümə, Sentyabr 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Prezident Əliyev “Dostluq” yatağı üzrə müqavilənin hazırlanmasını Şahbazova həvalə etdi

25/02/2021
Prezident Əliyev “Dostluq” yatağı üzrə müqavilənin hazırlanmasını Şahbazova həvalə etdi
13
BAXIŞ
Share on FacebookShare on Twitter

Əvvəllər yataqların kəşfiyyatı və işlənməsi üzrə müqavilələrin hazırlanması ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğul olurdu 

Azərbaycan prezidenti İlham Əliyev bu gün “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən, İşçi Qrupun rəhbəri Azərbaycanın energetika naziri Pərviz Şahbazov təyin olunub.

İşçi Qrupun üzvləri aşağıdakılardır: xarici işlər nazirinin müavini, ədliyyə nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti və geologiya və geofizika üzrə vitse-prezidenti.

2021-ci il yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdə “Dostluq” (əvvəlki adı “Kəpəz”) yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Fevralın 22-də Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunuratifikasiya edib.

Azərbaycan yaxın zamanda Türkmənistanla “Dostluq” yatağının işlənilməsi üzrə son müqavilə imzalamağı ümid edir.

Öncə Türkmənistan tərəfi bəyan edib ki, Rusiyanın “LUKOYL” neft şirkəti yatağın mənimsənilməsində iştirak edəcək.

“Dostluq” yatağı 1986-cı ildə azərbaycanlı mütəxəssislər tərəfindən kəşf edilib. Azərbaycan tərəfinin məlumatına görə, yatağın neft ehtiyatları təqribən 50 milyon ton həcmində qiymətləndirilir.

Caspian Barrel

Tags: Dostluq

Eyni kateqoriyadan Digər materiallar

Türkmənistan

“Lukoil” “Dostluq” yatağının işlənməsində iştirak edə bilər – Video

19/02/2021
ABŞ-da “Dostluq” yatağı üzrə razılaşma ilə bağlı onlayn forum keçirilib – Video
Azərbaycan

ABŞ-da “Dostluq” yatağı üzrə razılaşma ilə bağlı onlayn forum keçirilib – Video

10/02/2021
Bakı-Aşqabad anlaşması Türkmənistan qazının Avropaya çatdırılmasını asanlaşdıra bilər
Türkmənistan

Bakı-Aşqabad anlaşması Türkmənistan qazının Avropaya çatdırılmasını asanlaşdıra bilər

02/02/2021
Туркменистан и Азербайджан будут совместно разрабатывать месторождение «Достлук» на Каспии
Türkmənistan

Türkmənistan və Azərbaycan Xəzərdəki mübahisəli yatağın birgə işlədəcəklər

21/01/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.