Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Lukoil” “Dostluq” yatağının işlənməsində iştirak edə bilər – Video

19/02/2021
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Rusiyanın “Lukoil” neft şirkəti Azərbaycan və Türkmənistanın Xəzər dənizində birgə istismar edəcəyi “Dostluq” yatağında iştirak edəcək

Bu barədə “Report” Türkmənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, bu barədə bu gün Türkmənistan Prezidenti Qurbangulu Berdımuhammədov və “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov arasında keçirilən görüş zamanı razılıq əldə edilib.

Türkmənistan prezidenti bildirib ki, Türkmənistan tərəfi “Lukoil” şirkətinin “Dostluq” yatağının işlənilməsində iştirakını dəstəkləyir: “Layihənin reallaşdırılması ilə bağlı konkret investisiya təkliflərini nəzərdən keçirməyə hazırıq”.

“Lukoil”un rəhbəri isə bildirib ki, “Dostluq” kimi unikal layihədə iştirak etmələri üçün maksimum bütün gücünü və layihələrdəki ən yaxşı personalını işə cəlb etməyə hazırdır. O, gözləntiləri doğruldacaqlarına əmin olduğunu vurğulayıb: “Bir daha bu layihənin keyfiyyətcə, ekoloji tələblərə uyğun və vaxtında həyata keçirilməsi üçün hər şeyin ediləcəyini vurğulayıb”.

Xatırladaq ki, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandumun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb.

“Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Tags: DostluqLUKoil

Eyni kateqoriyadan Digər materiallar

LUKoil is interested in projects in the Turkmen sector of the Caspian Sea
Rusiya

“Lukoil”un törəmə şirkəti Azərbaycanda nümayəndəliyin ləğv edir

15/01/2024
“Lukoil”un ticarət operatoru Rusiyadakı fəaliyyətini məhdudlaşdırır
Rusiya

“Lukoil”un ticarət operatoru Rusiyadakı fəaliyyətini məhdudlaşdırır

25/03/2022
Qazaxıstanın “Satti” üzən qazma qurğusu Bakıya gətirilib
Rusiya

“Lukoil” rəsmən Dayazsulu Abşeron kəşfiyyat layihəsinə daxil oldu

27/01/2022
Rusiya səfiri “Lukoyl”un Azərbaycandakı işini qiymətləndirib
Azərbaycan

Rusiya səfiri “Lukoyl”un Azərbaycandakı işini qiymətləndirib

27/01/2022
“Lukoyl Abşeron Eksploreyşn Limited” şirkətinin nümayəndəliyi qeydiyyata alınıb
Azərbaycan

“Lukoyl Abşeron Eksploreyşn Limited” şirkətinin nümayəndəliyi qeydiyyata alınıb

05/01/2022
Президент Туркмении обсудил с главой ЛУКОЙЛа реализацию проектов на Каспии
Türkmənistan

Berdiməhəmmədov Ələkbərovla danışıqlar apardı

20/10/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.