Bazar, Mart 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

ABŞ-da “Dostluq” yatağı üzrə razılaşma ilə bağlı onlayn forum keçirilib – Video

10/02/2021
ABŞ-da “Dostluq” yatağı üzrə razılaşma ilə bağlı onlayn forum keçirilib – Video
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Vaşinqtonda fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnsitututun təşəbbüsü ilə Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmadan irəli gələn əməkdaşlıq və onun regionda yaratığı yeni imkanlara həsr olunmuş onlayn forum keçirilib

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən “Report”a verilən məlumata görə, forumda Mərkəzin sədri, tanınmış politoloq Fredrik Starın moderatorluğu ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, Türkmənistanın bu ölkədəki səfiri Meret Orazov, ABŞ-ın Azərbaycanda keçmiş səfiri Metyu Brayza və Mərkəzin direktoru, tanınmış araşdırmaçı Svante Kornel panelist qismində çıxış ediblər.

Feysbuk və “Youtube” şəbəkələrində canlı yayımlanan forumda Xəzər dənizinin karbohidrogen yataqlarının birgə kəşfiyyatı və işlənməsini ehtiva edən Anlaşma Memorandumu ətrafında müzakirələr aparılıb, bu layihənin iki ölkə arasıdakı əməkdaşlığı yeni müstəviyə çıxartmaqla yanaşı, regional səviyyədə enerji sahəsinə əlavə imkanlar gətirdiyi bildirilib, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin bu əməkdaşlıqdan faydalanacağı qeyd olunub.

Elin Süleymanov çıxışı zamanı Azərbaycan və Türkmənistan tərəfindən “Dostluq” yatağı üzrə razılaşmanın əldə edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib, memorandumun imzalanmasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iki dövlətin strateji maraqları naminə birgə fəaliyyəti nəticəsində mümkün olduğunu vurğulayıb, qardaş dövlətlərimizin nə qədər yaxın və dost olmasının göstəricisi olmasını bildirib. Səfir son 30 ildə Azərbaycan və Türkmənistanın müstəqillik və suverenliyini gücləndirərək hal-hazırda regionun vacib ölkələrinə çevrildiyini qeyd edib, razılaşmanın hər iki ölkənin milli maraqlarından və ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlandığını diqqətə çatdırıb.

Səfir Vətən müharibəsindən sonra regionda baş verən dəyişikliklərin nəqliyyat, enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə və ümumilikdə regionda sabitliyin qorunub saxlanmasına imkan yaratdığını qeyd edib. 2020-ci ilin 12-14 iyul tarixlərində Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilmiş hərbi təxribatı xatırladan səfir bunun yalnız ölkəmizə qarşı deyil, bütün region üçün olduqca əhəmiyyətli olan enerji və nəqliyyat xətlərinə təhlükə yaratdığını qeyd edib. O, bildirib ki, Azərbaycan tərəfi öz qətiyyətli cavabı ilə regionda ümumi sabitliyə böyük töhfə verib. Ölkəmizin Vətən müharibəsindəki qələbəsi regionda yeni imkanlar yaratmaqla yanaşı, bölgədə əsas təhlükə mənbəyinin aradan qaldırılması ilə nəticələnib. Regional enerji, nəqaliyyat və infrastruktur layihələrinin əhəmiyyətindən bəhs edən E.Süleymanov yeni razılaşmanın Azərbaycan və Mərkəzi Asiya regionu ölkələri, eləcə də Ermənistan üçün də fayda gətirəcəyini vurğulayıb.

Türkmənistan səfiri Meret Orazov Azərbaycan və Türkmənistan arasında əməkdaşlığı regionda sabitlik və inkişafın əsas elementi olaraq qiymətləndirib, ölkəmizin Türkmənistana hər zaman dəstək olduğunu qeyd edib. M.Orazov Lapis Lazuri layihəsi çərçivəsində Əfqanıstanın inkişafı üçün və digər formatlarda ölkəmizlə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbir zamanı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasının əhəmiyyəti vurğulanıb, layihənin regional inkişafa və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd olunub.

Tags: ABŞAzərbaycanDostluq

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.