Bazar, Sentyabr 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft hasilatında və qiymətində dəyişiklik: Bu il üçün proqnozlar nələrdir?

23/02/2021
Neft hasilatında və qiymətində dəyişiklik: Bu il üçün proqnozlar nələrdir?
11
BAXIŞ
Share on FacebookShare on Twitter

Bir neçə gün öncə müxtəlif mənbələrdə ABŞ-da neft hasilatının üçdə bir həcmdə və ya gündəlik təxminən 3,5 milyon barel azaldığı bildirildi. Əlavə olaraq bir sıra ABŞ bankları – “JPMorgan Chase & Co.” və “Goldman Sachs” neftin qiymətinin bir barel üçün 100 ABŞ dollara yüksələcəyini proqnozlaşdırdıqlarını açıqladılar

İlham Şaban

İqtisadçı ekspert İlham Şaban “Report”a verdiyi açıqlamada neft hasilatı və qiymətinin belə dəyişməsinin impulsiv faktorlarla əlaqədar olduğunu bildirib:

“Neftin qiymətinin 66 ABŞ dollara qədər yüksəlməsi ABŞ-da müəyyən faktorlarla bağlı yaranmış gərgin vəziyyətlə əlaqədar idi. Artıq bu məsələ həllini tapıb. Bununla yanaşı, Səudiyyə Ərəbistanı da aprel ayından neft hasilatını artıracağını elan edib. Bu isə bazarlada neftin qiymətinin azalmasına gətirəcək. Həmçinin OPEC+ çərçivəsində də hasilatın azalması proqnoz edilir. Bununla bağlı qərar ancaq martın birinci həftəsində veriləcək. Yəni neftin qiymətinin yuxarı aparılması üçün hələ bazarda bir tendensiya yoxdur.

“Neftin qiymətinin yuxarı aparılması üçün hələ bazarda bir tendensiya yoxdur”

Hasilat ona görə azalırdı ki, Meksikada birdən-birə 18 dərəcə şaxta oldu və borular dondu. Artıq Meksikada hava müsbətdir. Baş verən isə müvəqqəti bir hal idi. Yəni hazırda neftin qiymətini yuxarı və aşağı doğru dəyişən faktorlar impulsiv faktorlardır”.

Zəfər Vəliyev

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev qeyd edib ki, ötən ilin dekabr ayından neft bazarlarında dinamiklik müşahidə edilir:

“Qlobal neft bazarları ilə bağlı uzunmüddətli proqnozlar vermək bir qədər çətindir. Dəyişən bazar şərtləri bu vəziyyəti qeyri-müəyyən edir. Amma hələ keçən ilin dekabr ayından neft bazarlarında xüsusi bir dinamiklik müşahidə edilir. Bu isə birbaşa iki əsas faktorla bağlıdır. Bunlardan biri pandemiyanın nəticələri ilə bağlı dünyanın bir çox ölkələrində kredit kampaniyasının geniş vüsət alması və qlobal neft bazarlarında tələb-təklif balansının qorunub saxlanılması ilə əlaqədar OPEC və müttəfiq dövlətlərin Vyana sazişi çərçivəsində hasilat kəsintiləri barədə götürdükləri öhdəliklərə doğru əməl etmələridir.

Hazırda neftin qiyməti fundamental faktorların önündə getmir. Bu, birbaşa neftə olan tələbatda müəyyən dinamikliyin müşahidə edilməsi ilə bağlıdır. Əgər keçən il dünyanın neftə tələbatı fevraldan başlayaraq ortalama 91 milyon barel civarında idisə, bu ilin yanvar-fevral ayları ərzində neftə qlobal tələbat 93,6 milyon barelə çatıb. Bu tələbat da hər gün dəyişir. Qısa müddətli proqnozlar göstərir ki, 2021-ci ildə qlobal neft tələbatı 96,4 milyon barel ciavrında qərar tutacaq. Amma mən hesab edirəm ki, bu arta da bilər. Müşahidələr onu deməyə əsas verir ki, həm xam neftin qiymətində dəyişikliklər baş verir. Hazırkı qiymət fikizi bazarların qiymətini əks etdirməsə də, fiziki bazarlarda da ciddi canlanma müşahidə olunur. Həm neftə və neft məhsullarına olan tələbatda dinamika var, həm də birbaşa neft-qaz sənayesi ilə bağlı olan neft-kimya sənayesində də kifayət qədər dinamiklik nəzərə çarpır. Yəni neftin qiymətinin artması ilə bağlı neft və neft-kimya məhsullarının da qiymətində dinamiklik var.

Digər tərəfdən, artıq dünyanın həm stasionar, həm də üzən anbarlında neft həcmləri dayanmadan azalır. Keçən ildən fərqli olaraq dünyanın üzən anbarlarında, yəni neft daşıyan tankerlərdə neft həcmləri kifayət qədər azalıb, dünyanın bütün dəniz nəqliyyat dəhlizlərində neft daşıyan tankerlərin sıxlığı tam aradan qaldırılıb. Bu, olduqca müsbət hadisədir. Qarşıdakı aylarda da OPEC və müttəfiq dövlətlər hasilat kəsintilərinə doğru əməl etsələr, hesab edirəm ki, neftin qiymətində müəyyən dinamiklik yenidən olacaq”.

“Dünyanın üzən anbarlarında neft həcmi kifayət qədər azalıb”

Ekspertin sözlərinə görə qarşıdakı aylarda karantin tədbirləri yumşaldılarsa, neft məhsullarına olan tələbat yenidən artacaq:

“Neftin qiyməti tələb-təklif balansının təmin edilməsi və neft emalı zavodlarının xammalla yüklənməsi ilə müəyyən edilir. Eyni zamanda, emal güclərinin emal marjası da yüksək olmalıdır ki, neftə tələbat yüksək olsun. Asiya və Amerika bazarlarında neftə tələbat Avropa bazarlarından daha yüksəkdir. Avropanın pandemiyadan əvvəl sutkalıq neftə olan tələbatı 14 milyon barrel idisə, indi 12 milyon bareldən aşağı düşüb. Düzdür, havaların sərt keçməsi ilə əlaqədar həm Avropa, həm Amerika, həm də Asiyada bir çox neft məhsullarına tələbat artır. Amma mövcud neft emalı zavodlarının normal funksional fəaliyyəti üçün emal zəncirində kifayət qədər gəlirlərə ehtiyac var. Yəni hər bir texnoloji qurğunun emal marjası yüksək olmalıdır.

Bu gün Avropada neft emalı güclərinin əksəriyyətində emal marjası barel hesabı ilə 1,8-1,9 ABŞ dolları təşkil edir. Halbuki bu 8 ABŞ dollardan yuxarı olmalıdır ki, neft emal zavodu normal fəaliyyət göstərsin və gəlirlə işləsin. Bu baxımdan, qarşıdakı aylarda karantin tədbirləri yumşaldılarsa, neft məhsullarına olan tələbat yenidən artacaq. Çünki hazırda aviasiya yanacağına tələbat pandemiyadan əvvəlki dövrlə müqayisədə 50 % azalıb. Pandemiyadan əvvəl dünyanın aviasiya yanacağına tələbatı 7,6 milyon bareldən yuxarı idisə, indi bu rəqəm təxminən 3,5-3,6 milyon bareldir. Bu isə eft emalı zavodlarında material balansının pozulmasına gətirib çıxarır. Buna görə də zavodlar normal gəlirlə fəaliyyət göstərə bilmirlər. Belə olduqda isə neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi faizi də aşağı düşəcək. Bu problemlər aradan qaldırılmalıdır.

Əsas məsələ odur ki, bazarda düzgün tənzimləmə mexanizmi, yəni OPEC və müttəfiq dövlətlərin Vyana sazişi çərçivəsində həyata keçirdikləri intervensiya siyasəti davam etdirilsin. Bu davam etdirildikcə neft bazarlarında yumşaq tələb-təklif balansı qorunub saxlanacaq. Bu proses o vaxta qədər davam edəcək ki, artıq dünyanın bütün ölkələrində istehsal aktivliyi, nəqliyyat aktivliyi, işgüzar aktivlik müşahidə olunacaq və sadalanan kateqoriyalardan irəli gələn proseslər bir az da geniş vüsət aldıqdan sonra neftin qiymətində də sabitlik əmələ gələcək. Sadəcə hazırda neft ixrac edən ölkələr, yəni OPEC və müttəfiq dövlətlərin əsas problemi bazarda tələb-təklif balansını qoruyub saxlamaqdır. Bu davamlı olaraq təmin ediləcəksə qarşıdakı aylarda da neftin qiymətində müəyyən dinamiklik müşahidə olunacaq. İndi isə əsas məsələ neftin qiymətini sabit saxlamaqdır”.

Tags: neftproqnoz

Eyni kateqoriyadan Digər materiallar

Азербайджан прогнозировал параметры госбюджета по различным ценам нефти
Azərbaycan

S&P 2027-ci ilə qədər Azərbaycanda neft hasilatının stabil olacağını proqnozlaşdırır

09/12/2024
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Yaşıl iqtisadiyyat və Azərbaycanın enerji effektivliyi problemləri
Yaşıl enerji

Yaşıl iqtisadiyyat və Azərbaycanın enerji effektivliyi problemləri

17/04/2024
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tankerlərlə daşıdığı yük həcmlərini açıqlayıb
Azərbaycan

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tankerlərlə daşıdığı yük həcmlərini açıqlayıb

08/04/2024
Ana səhifə
İnfoqrafika

BTC ilə nəql edilən tranzit neft həcmləri (mln tonla)

16/02/2024
Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir
Azərbaycan

Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir

23/01/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.