Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan – Səudiyyə Ərəbistanı Birgə Texniki Komitəsinin II iclası olub

18/02/2021
Azərbaycan – Səudiyyə Ərəbistanı Birgə Texniki Komitəsinin II iclası olub
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Fevralın 17-də Azərbaycan və Səudiyyə Ərəbistanıın Energetika Nazirlikləri arasında fəaliyyət göstərən Birgə Texniki Komitənin videokonfrans formatında II iclası keçirilib

Bu barədə “Report”a Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Komitənin Azərbaycan tərəfindən rəhbəri, nazir müavini Kamal Abbasov iki ölkə arasında energetika sahəsində əlaqələrin inkişaf etdiyini, OPEC+ formatında intensiv əməkdaşlığın enerji sahəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib. O, qeyd edil ki, energetikanın müxtəlif sektorlarında, həm ənənəvi enerji daşıyıcıları, həm bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və Birgə Texniki Komitənin iclasları bu potensialın reallaşdırılmasına, əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcək.

Komitənin Səudiyyə Ərəbistanı tərəfindən rəhbəri, bu ölkənin energetika nazirinin baş müşaviri Nasir Əl Dossari isə enerji sahəsində etibarlı əməkdaşlığın mövcud olduğunu, bu əməkdaşlıq əlaqələrinin inkişafının hər iki ölkənin maraqlarına cavab verdiyini bildirib. Ötən ilin sonunda Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müvafiq müqavilələrin imzalandığı, yaxın gələcəkdə isə layihənin təməlqoyma mərasiminin keçiriləcəyinə diqqət çəkilib. İki ölkə arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirib.

İclasda neft hasilatı, emalı və neft-kimya məhsullarının dünya bazarlarına çıxarılması, Səudiyyə Ərəbistanı Krallığının “Saudi Aramco”, “SABİC” və “ACWA Power” şirkətlərinin Azərbaycanda müvafiq sahələrdə layihələrdə iştirak və sərmayə perspektivləri, eləcə də qaz kəşfiyyatı və hasilatın inkişafı, xarici investisiyaların təşviqi mexanizmləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Dairəvi karbon iqtisadiyyatı, elektroenergetika, bərpa olunan enerji, enerji səmərəliliyi sahələrinə dair qarşılıqlı təqdimatlar dinlənilib. Azərbaycanın, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizin bərpa olunan enerji potensialı, burada yaşıl enerji zonasının yaradılması planları, müvafiq sahə üzrə qanun layihəsinin hazırlanması və bərpa olunan enerji hərraclarının keçirilməsinə hazırlıq işləri haqqında qarşı tərəfə məlumat verilib.

İclasda Azərbaycan tərəfindən Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və “Azərenerji” ASC-nin nümayəndələri iştirak edib. Sonda Texniki Komitənin növbəti iclasının Azərbaycanda keçirilməsi razılaşdırılıb.

Tags: AzərbaycaniclasSəudiyyə Ərəbistan

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.