Cümə axşamı, Avqust 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan karbonsuzlaşdırılma sahəsində BP ilə əməkdaşlıq edəcək

22/02/2021
Azərbaycan karbonsuzlaşdırılma sahəsində BP ilə əməkdaşlıq edəcək

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1614007800872","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1614007761952","source":"other","origin":"gallery"}

2
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bu memorandum Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, BP-nin isə 2020-ci ildə “xalis sıfır emissiya” hədəflərini elan etməsi kontekstində imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “2030-cu ilə qədər istixana qazlarının tullantısının 35 % azaldılması, təmiz ətraf mühitə və yaşıl enerjinin payının istehsal və istehlakda artımına nail olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin sosial-iqtisadi inkişafının prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu gün ölkədə bərpa olunan enerji sahəsinin inkişafı, xüsusilə yaşıl enerji zonalarının yaradılmasına yüksək səviyyədə dəstək verilir. Xarici və yerli investorlar Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək prosesinə dəvət edilir. Bu gün imzaladığımız bu sənəd neft-qaz sahəsində çoxillik strateji tərəfdaşımız BP ilə karbonsuzlaşdırma və bərpa olunan enerji layihələri üzrə əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Ümid edirəm ki, qlobal iqlim çağırışlarından irəli gələn müasir enerji trendlərinə transformasiya mərhələsində BP ilə birgə uğurlara imza ata biləcəyik”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “BP-nin və Azərbaycanın dayanıqlılıq üzrə müvafiq məqsədlərinə nail olmaq istiqamətində Energetika Nazirliyi ilə bu əməkdaşlıq imkanından çox məmnunuq. Bu gün imzaladığımız Anlaşma Memorandumu bp və Azərbaycan üçün potensial olaraq tərəfdaşlıq imkanlarına aparan yeni əməkdaşlıq platforması təmin edir. BP təxminən otuz ildir ki, Azərbaycanın enerji tərəfdaşıdır və inanırıq ki, BP-nin az karbonlu enerji sahəsində öz biznesini əhəmiyyətli dərəcədə artırmağı, həmçinin nəqliyyat və rahatlıq üzrə təklif etdiyi xidmətləri transformasiya etməyi hədəflədiyi bir vaxtda Azərbaycanla uğurlu tərəfdaşlığımıza əsaslanan böyük potensial mövcuddur. BP bu yaxınlarda Hyuston və Aberdin şəhərləri ilə tərəfdaşlığa başlayıb və biz bu Anlaşma Memorandumunu imzalamaqla, emissiyaların azaldılmasına yönəlmiş təmiz enerji də daxil olmaqla inteqrasiya edilmiş enerji və nəqliyyat həlləri gətirmək məqsədilə Azərbaycanın regionları və şəhərləri ilə də oxşar tərəfdaşlıq imkanlarını araşdırmaq istəyirik”.

Memoranduma əsasən, fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə” və “İşçi Qrupu”un yaradılması, Azərbaycanın müvafiq region və ya şəhərləri üçün karbonsuzlaşdırma üzrə “Baş Plan”nın hazırlanması nəzərdə tutulur. “Baş Plan” təmiz enerji layihələri, az karbonlu nəqliyyat, yaşıl binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətlərini əhatə edəcəkdir.

Tags: BPEnergetika nazirliyi

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.