Cümə axşamı, Mart 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Fatih Dönməz: Türkiyənin Naxçıvanla əlaqələri enerji sahəsində də güclənəcək

10/01/2021
Fatih Dönməz: Türkiyənin Naxçıvanla əlaqələri enerji sahəsində də güclənəcək

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1610289151319","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1610289151311","source":"other","origin":"gallery"}

6
BAXIŞ
Share on FacebookShare on Twitter

“Ötən ilin sonunda Azərbaycan və Türkiyənin energetika nazirləri arasında Naxçıvana təbii qaz boru kəməri ilə bağlı razılaşma əldə edildi. Bununla əlaqədar ərazi qiymətləndirmə layihəsi hazırladıq. İnşallah yaxın bir neçə ayda müqaviləni başa çatdıracağıq və dərhal boru kəmərinin istehsalına başlayacağıq

Bunun inşası üçün 12 ay vaxt planlaşdırılıb. Bu, İqdır şəhərinin strateji əhəmiyyətini artıracaq əhəmiyyətli layihələrdən biridir”.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

Fatih Dönməz Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında sərhəd ticarətinin tarixinin uzun müddətli olmasına işarə edərək, bu ticarətin enerji sahəsində də güclənəcəyini söyləyib.

Nazir Naxçıvana tədarük ediləcək təbii qaz kəməri marşrutu üzərində yerləşən bələdiyyələrin və qəsəbələrin gələcəkdə təbii qazdan istifadə etmək üçün çıxış nöqtələrinə malik olacağını söyləyib.

Xatırladaq ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.

İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana – Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.

Tags: enerjiNaxçıvanTürkiyə

Eyni kateqoriyadan Digər materiallar

İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?
Azərbaycan

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025
Швейцарская AXPO выходит из проекта TAP
Azərbaycan

Azərbaycan qazının Türkiyəyə tədarükü avqustda müvəqqəti dayandırılacaq

29/07/2024
Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan

Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib

08/07/2024
STAR NEZ ötən il Türkiyənin üç ən böyük müəssisəsi siyahısına daxil olub
Kateqoriyasız

STAR NEZ ötən il Türkiyənin üç ən böyük müəssisəsi siyahısına daxil olub

25/06/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.