Şənbə, Mart 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

13/01/2021
EIA bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1610540643603","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1610540643595","source":"other","origin":"gallery"}

5
BAXIŞ
Share on FacebookShare on Twitter

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb

“Report” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – January 2021” hesabatına istinadən xəbər verir.

EIA-in yeni proqnozuna görə, bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu, daha əvvəlki proqnozdan 10 min barel və ya 1,45 % çoxdur.

Bu proqnoz 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 70 min barel və ya 9,09 % azdır. 2020-ci ilin dördüncü rübünün proqnoz göstəriciləri ilə müqayisədə isə bu rəqəm 10 min barel və ya 1,45 % çoxdur.

Agentliyin hesabatına əsasən, 2021-ci ilin ikinci rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunun 730 min barel olacağı gözlənilir. Bu, EIA-in dekabr hesabatında verilən proqnozdan 10 min barel çoxdur. Bu proqnoz 2020-ci ilin ikinci rübü ilə müqayisədə 30 min barel və ya 4,29 % çoxdur.

Agentlik hesab edir ki, növbəti ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 740 min barel olacaq. Bu da daha əvvəlki proqnozdan 10 min barel çoxdur. Bu proqnoz 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 70 min barel və ya 10,45 % çoxdur.

Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 750 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən dekabr ayında açıqlanan proqnozdan 10 min barel və ya 1,35 % çoxdur. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə proqnoz göstəricilərindən 60 min barel və ya 8,7 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu da ötən ay açıqlanan proqnozdan 10 min barel və ya 1,39 % çoxdur.

Tags: EIAneftproqnoz

Eyni kateqoriyadan Digər materiallar

Азербайджан прогнозировал параметры госбюджета по различным ценам нефти
Azərbaycan

S&P 2027-ci ilə qədər Azərbaycanda neft hasilatının stabil olacağını proqnozlaşdırır

09/12/2024
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Yaşıl iqtisadiyyat və Azərbaycanın enerji effektivliyi problemləri
Yaşıl enerji

Yaşıl iqtisadiyyat və Azərbaycanın enerji effektivliyi problemləri

17/04/2024
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tankerlərlə daşıdığı yük həcmlərini açıqlayıb
Azərbaycan

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tankerlərlə daşıdığı yük həcmlərini açıqlayıb

08/04/2024
Ana səhifə
İnfoqrafika

BTC ilə nəql edilən tranzit neft həcmləri (mln tonla)

16/02/2024
Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir
Azərbaycan

Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir

23/01/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.