Bazar ertəsi, Mart 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda yaşıl enerji zonası yaradılacaq

15/01/2021
Azərbaycanda yaşıl enerji zonası yaradılacaq
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması ilə bağlı çağırışına müvafiq olaraq, bu istiqamətdə beynəlxalq maliyyə qurumları ilə texniki dəstək çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi ilə koordinasiya görüşü keçirilib.

Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, BMT-nin İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları və qurumların nümayəndələri iştirak ediblər.

Energetika nazirinin müavini Elnur Soltanov və aparat rəhbəri Zaur Məmmədov tərəfindən tədbir iştirakçılarına müvafiq sahədə görülmüş işlər və nəzərdə tutulan planlar haqqında məlumat verilib. Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialına dair məlumatları özündə ehtiva edən təqdimat nümayiş etdirilib.

Daha sonra beynəlxalq qurumların məsələ ilə bağlı fikirləri dinlənilib, suallar cavablandırılıb. Yaşıl enerji zonasının yaradılması ilə bağlı çağırış beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib və bu sahədə əməkdaşlığa maraq ifadə edilib. İlkin addım olaraq məsləhətçi şirkət cəlb edilməsi üçün texniki tapşırıq layihəsinin hazırlanması üzrə birgə əməkdaşlıq məsələsi nəzərdən keçirilib.

Görüşdə həmçinin gələcəkdə bərpa olunan enerji hərraclarının işğaldan azad edilmiş ərazilərdə təşkil edilməsi və bu sahəyə özəl investisiyaların cəlbi imkanları müzakirə edilib.

Tags: Energetika nazirliyiyaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları
Azərbaycan

Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları

01/06/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.