Çərşənbə axşamı, Mart 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azərenerji” işğaldan azad edilmiş rayonlarda işləmək üçün müsabiqə keçirir

20/11/2020
“Azərenerji” işğaldan azad edilmiş rayonlarda işləmək üçün müsabiqə keçirir
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Silahlı Qüvvələrin Ali Baş Komandanı rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerjisistemin yenidən qurulması üçün “Azərenerji” ASC bir sıra vəzifələr üzrə kadr ehtiyyatının yaradılması məqsədi ilə müsabiqə elan edib.

Bu barədə “Report”a “Azərenerji”nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, müxtəlif elektrik stansiya və yarımstansiyalarında çalışmaq üçün ixtisaslı kadrlara ehtiyac var. Belə ki, hazırda “Azərenerji” 330/220/110 və 110/35/10 kV-luq yarımstansiyalar üzrə növbətçi mühəndislər, istismar üzrə mühəndislər, növbətçi elektrik montyorlarına, su elektrik stansiyaları üzrə hidromexaniklər, hidrotexniklər, elektriklərə, mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssislərə ehtiyac duyur.

Həmçinin elektrik maşın, aparat və cihazların sazlayıcısına, elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssislərə, rele mühafizəsi və avtomatika üzrə mühəndislərə, nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndislərə, izolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndislərə və quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçılara da ehtiyac var.

“Azərenerji”nin əməkdaşı olmaq istəyən şəxslər elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası üzrə ali texniki təhsil (bakalavr və ya magistr pilləsi), orta-ixtisas təhsili və ya peşə ixtisasına (vəzifədən asılı olaraq), vəzifəyə görə 6 aydan 5 ilədək iş təcrübəsinə (iş stajı), istilik energetikası və elektroenergetika üzrə nəzəri və praktik (təcrübi) biliklərə, avtomatika, nəzarət ölçü cihazları və elektron cihazlar üzrə biliklərə, kompüter biliyinə (MS Office) və məhsuldar işləmək bacarığı, islahat və yeniliklərə meyillilik, komandada işləmək qabiliyyəti olmalıdır.

Müraciət edən namizədlərin bilik səviyyələri “Azərenerji” üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra müsahibədən keçmiş namizədlər kadr ehtiyyatı bankına daxil ediləcək və işlə təmin olunacaqlar. Eyni zamanda namizədlər Komissiyanın rəyi əsasında təlim tədris kurslarına cəlb oluna bilərlər.

Sənədlər həftə içi 5 gün saat 09:00–dan 18:00–a qədər “Azərenerji”nin Kadrlar şöbəsinə təqdim oluna bilər. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Akademik Əbdulkərim Əlizadə küçəsi.

Müsabiqədə iştirak etmək istəyənlər (012) 490-09-43 nömrəli telefona zəng edə və yaxud [email protected] ünvanına CV-lərini göndərə bilərlər.

Tags: Azərenerjimüsabiqə

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan dəyər ifadəsində elektrik enerjisinin ixracını 51% artırıb
Azərbaycan

“AzərEnerji”nin 2024-ci ildə kapital qoyuluşunun 50% azalması gözlənilir

23/06/2024
Baku brings about creating renewable energy plants with Masdar
Azərbaycan

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə 3 müqavilələr imzalanıb

04/06/2024
Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub
Yaşıl enerji

Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub

04/06/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

Azərbaycanda I rübdə 7,1 mlrd kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

23/04/2024
Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq
Azərbaycan

Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq

27/02/2024
”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb
Yaşıl enerji

”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb

20/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.