Çərşənbə, İyun 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim etdi

18/09/2020
BP “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim etdi

{"subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1600415349297","source":"other","origin":"gallery","source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1600415349311"}

5
BAXIŞ
Share on FacebookShare on Twitter

BP şirkəti 30 il ərzində dünyanın enerji bazarlarının necə inkişaf edəcəyinə dair analitik məlumatlarla dolu olan və qlobal enerji keçidi üçün mümkün istiqamətləri əks etdirən illik yol xəritəsini dərc edib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Bu ilki nəşrdə yenilik budur ki, proqnoz məlumatlar 2050-ci ilə qədər olan dövrü əhatə edir – bu müddət əvvəlki nəşrlərə nisbətən on il daha çoxdur.

Ümumi mənzərə: Bir sıra mümkün nəticələri araşdırmağa yardım etmək üçün üç əsas ssenaridən (proqnozdan deyil) istifadə edilib:

•             Operativ – bu ssenaridə direktiv tədbirlərin tətbiqi və karbon qiymətində əhəmiyyətli artım ehtimal edilib ki, bu da enerjidən istifadə nəticəsində yaranan karbon emissiyalarının 2018-ci ildəki səviyyələrə nisbətən təxminən 70% azalması ilə nəticələnir.

•             Xalis sıfır emissiya – bu ssenaridə yanaşmalarda əhəmiyyətli dəyişikliklər etməklə Operativ ssenaridəki direktiv tədbirlərin gücləndirilməsi və nəticədə karbon emissiyalarında 95%-dən çox azalmanın baş verməsi güman edilir.

•             Fəaliyyətlərin normal qaydada davam etməsi (FNQDE) – burada siyasətlərin və üstünlük verilən prinsiplərin keçmişdə müşahidə edilmiş templərlə davam etməsi və emissiyaların 10% azalması güman edilir.

Əsas məqamlar:

•             Enerjiyə tələbatın artması, lakin neftə tələbatın düşməsi: Hər üç ssenaridə də təxminən növbəti 10-15 ildə dünyada enerjiyə tələbat artır (2050-ci ilədək FNQDE ssenarisində 25%-dək daha yüksəkdir), lakin neftə tələbat azalır – Xalis sıfır emissiya ssenarisində 80%-ə yaxın azalma.

•             Külək və günəş enerjisinin payı artmaqla qlobal enerji sistemlərinin strukturunda fundamental dəyişikliyin baş verməsi: Bütün ssenarilərdə enerji balansının strukturu daha çox diversifikasiya olub: karbohidrogenlərin payının azalması, bərpa olunan enerji mənbələrinin payının artması ilə müşayiət olunur; bərpa olunan enerji mənbələri bütün ssenarilərdə ən sürətlə artan enerji mənbəyidir (külək və günəş enerjisi üstünlük təşkil etməklə).

•             Dünyada elektrikləşmə prosesi davam edir: Son istehlakçıların elektrik enerjisindən istifadə miqdarı Xalis sıfır emissiya ssenarisində artaraq 2018-ci ildə mövcud olan 20% səviyyəsindən 50%-dən yüksək səviyyəyə çatır.

Bernard Luni

Baş icraçı direktor Bernard Luninin (Bernard Looney) sözlərinə görə, BP-nin “Enerji perspektivlərinə baxış” hesabatı enerji sahəsində dəyişən mənzərəni daha yaxşı başa düşməyiyə yardım edən əvəzsiz bir vasitədir və yeni strategiyamızın hazırlanmasında çox mühüm rol oynayıb: “Hətta pandemiyanın qlobal miqyasda karbon emissiyalarını kəskin şəkildə azaltmasına baxmayaraq, dünya yenə də dayanıqlı olmayan istiqamətdə irəliləyir. Lakin, hesabatda verilmiş təhlil göstərir ki, qətiyyətli siyasi tədbirlər görməklə və həm şirkətlər, həm də istehlakçılar tərəfindən daha az karbon tutumlu seçimlər edilməklə, enerji keçidini yenə də reallaşdırmaq mümkündür”.

BP-nin baş iqtisadçısı Spenser Deyl (Spencer Dale)bildirib ki, bu hesabatda enerji sistemi daha az karbonlu dünyaya doğru keçid etdikcə rastlaşdığımız bir sıra qeyri-müəyyənlikləri daha yaxşı başa düşməyə yardım etmək üçün bu müxtəlif ssenarilərdən istifadə edilir: “Bu qeyri-müəyyənliyə dair biliklərimizin artırılması rastlaşa biləcəyimiz bir sıra nəticələrə qarşı güclü və çevik bir strategiyanın hazırlanmasına əhəmiyyətli töhfə verir”.

report

Tags: BPhesabat

Eyni kateqoriyadan Digər materiallar

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.