Bazar ertəsi, Oktyabr 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Üzən günəş stansiyaları Azərbaycanda effektivlidirmi?

14/07/2020
Üzən günəş stansiyaları Azərbaycanda effektivlidirmi?
13
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyi ölkə ərazisində üzən günəş fotovoltaik stansiyalarının quraşdırılması imkanlarını öyrənəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Hazırda Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi ilə bağlı işlər davam etdirilir. Layihə çərçivəsində Böyükşor gölünün səthində 800 m2 sahədə günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Böyükşor gölündə 100 kVt-lıq gücündə pilot üzən günəş stansiyasının tikilib istifadəyə verilməsi ilə yanaşı, ölkə üzrə üzən günəş fotovoltaik sistemlərinin ümumi potensialının hesablanması və Böyükşor gölündə daha böyük gücə malik üzən günəş fotovoltaik stansiyasının texniki-iqtisadi əsaslandırılmasının işlənib hazırlanması nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.

Yerli potensial podratçıların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, qurğuların istifadəsi ilə bağlı potensialın artırılması ilə əlaqədar müzakirələr aparılıb.

“Böyükşor gölünün yaxınlıqda yerləşən mövcud və tikintisi planlaşdırılan 220/110/35 kV-luq yarımstansiyalar vasitəsilə elektrik enerjisi şəbəkəsinə qoşulmanın mümkünlüyü barədə rəyin bildirilməsi və qoşulma üçün texniki şərt verilməsi üçün “Azərenerji” ASC-yə müraciət edilib”, – deyə məlumatda qeyd olunur.

Energetika Nazirliyi Asiya İnkişaf Bankı ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsini 2021-ci ilin mart ayınadək başa çatdırmağı nəzərdə tutur.

Layihə çərçivəsində günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi və müasir norma və prinsiplərin də tətbiqi nəzərdə tutulub.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Azərbaycanın enerji sisteminin ümumi gücü 7,144 min MVt təşkil edir, bunun 17%-i bərpa olunan enerji mənbələrinin payına düşür. Ölkədə elektrik enerjisinin faktiki istehsalında bərpa olunan enerji mənbələrinin payı iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla 8,2% təşkil edir.

Energetika Nazirliyinin qarşısında elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması vəzifəsi durur.

interfax

Tags: Energetika nazirliyigünəş stansiyaları

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.