Çərşənbə, Fevral 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR “Rəqəmsal yataq” layihəsinə başlayır

23/04/2020
SOCAR Odessa vasitəsilə Belarusa 250 min ton neft nəql edəcək
3
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR “SAP UFAM” əsasında neft və qazçıxarma əməliyyatlarının rəqəmsallaşmasını həyata keçirir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bununla da “SAP UFAM” (“SAP” və “OIS”in birgə həlli) istehsal proseslərini vahid sistemdə birəşdirərək müəssisənin rəqəmsal nüvəsi olan “SAP ERP” proqram təminatı ilə inteqrasiya edəcək. SOCAR istehsalatda “UFAM”ın istismara verilməsini 2020-ci ilin iyununda planlaşdırır.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib: “SOCAR iqtisadiyyatın rəqəmsallaşdırılması kursu çərçivəsində biznes proseslərində və istehsalatda qabaqcıl texnologiyalardan istifadə etməyə çalışır, neft hasilatında sənaye standartlarını müəyyən edir. “UFAM” platformasının tətbiqi bir-birindən ayrı olan istehsalat sistemlərindən fərqli məlumatların vahid mərkəzdə toplanmasına, quyuların işinin təsdiq olunmuş potensiala uyğun şəkildə təmin edilməsi üçün inteqrasiyalı təhlilin aparılmasına, həmçinin geoloji-texniki tədbirlərin optimallaşdırılmasına imkan verəcək”.

Qeyd edək ki, bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, “Caspian Innovation Center” (Xəzər İnnovasiya Mərkəzi), “SAP Digital Business Services” və Rusiyanın “OIS” şirkətinin əməkdaşları tərəfindən həyata keçirilir.

Birinci mərhələdə əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və “SAP ERP” rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neft və qazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib. Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin interqasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub.

Rəqəmsal platformanın istismara verilməsi SOCAR-a aşağıdakı məqsədlərə nail olmaq imkanı yaradacaq:

• standartlaşdırılmış planlaşdırma üsulu hasilata təsir edən bütün istehsal xidmətlərində iş uçotunu təmin edəcək ki, bu da sutka ərzində səmərəsizlik hallarını və itkiləri əhəmiyyətli dərəcədə azaldacaq;

• qərarvermənin dəstəklənməsi, statik və dinamik məhdudiyyətlər modelinin hesablanması üçün inteqrasiyalı modelləşdirmə alt sistemində daim fəaliyyətdə olan aktivin modeli yaradılacaq;

• bütün biznes obyektləri (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektlər və sair) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunacaq və onların pasportları, son və cari iş parametrləri təqdim ediləcək.

“SAP CIS” baş direktorunun müavini Dmitri Pilipenko deyib: “SAP UFAM” MDB-də işlənib hazırlanmış və “SAP”ın qlobal prays-listinə daxil edilmiş ilk məhsuldur. Burada həll mexanizmi yüksək beynəlxalq standartlara uyğundur və müştərinin lokal tələblərinə cavab verir. Sistem öz işində laydan neft təhvili qovşağınadək bir çox göstəriciləri nəzərə alır ki, bu da istehsal proseslərinin transformasiyasına imkan verir. Biz şadıq ki, SOCAR 10 ildir ölkə üçün strateji əhəmiyyət daşıyan layihələrin reallaşdırılması üçün “SAP” həllini seçir”.

azertag.az

Tags: Rəqəmsal yataqSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.