Çərşənbə axşamı, Oktyabr 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ-nin ‘’Ümid’’ yatağında növbəti uğuru

17/04/2019
SOCAR AQŞ-nin ‘’Ümid’’ yatağında növbəti uğuru
14
BAXIŞ
Share on FacebookShare on Twitter

Şirkət 16 N-li quyunun qazılması prosesində nəinki SOCAR tarixində ən dərin quyu qazıb, eyni zamanda unikal qazma və geofiziki tədqiqat işləri həyata keçirməyə nail olub.

Caspian Barrel-ə SOCAR AQŞ-dən verilən məlumata görə, ‘’Ümid’’ yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini təhlükəsiz, uğurla və keyfiyyətlə başa vurub.

Müəssisənin məlumatında qeyd edilir ki, SOCAR AQŞ ‘’Ümid’’ yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Quyu bütövlüyü nəzərə alınmaqla 16 nömrəli quyu Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir. Kəmərlərin layihə dərinliyinə çatdırılması, kəmərlərarxası təzyiqin olmaması və sementləmə işlərinin mükəmməl aparılması deməyə əsas verir ki, 16 nömrəli quyu ‘’Ümid’’ yatağının tarixində yeni səhifə açıb.

SOCAR tarixində ilk dəfə olaraq,  quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilmiş, quyuağzı avadanlıqların yığılmaslnda yeni metodlar tətbiq edilmiş və yüksək hasilatın əldə olunması üçün  5 1/2 düymə  monobar lift boruları vasitəsilə tamamlanma işləri apaılrmışdır.

Müəssisənin əldə etdiyi uğurlardan biri də ‘’Ümid’’ yatağı üzrə məhsuldar horizonrtlarda lay təzyiqlərinin ölçülməsi və süxur nümunələrinin götürülməsi olmuşdu.

‘’Ümid’’ yatağı tarixində, ilk dəfə olaraq, SOCAR AQS yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5m və 6037-6046m intervalından 100 % süxur nümunələri götürmüş, hemetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil vermişdir.

Müəssisənin Geologiya şöbəsinin müdiri Sevinc Qasımova bildirib: ‘’16 nömrəli kəşfiyyat quyusu ‘’Ümid’’ yatağın tam potensialının aşkara çıxarılmasında müstəsna rol oynayib. Əminliklə deyə bilərəm ki, 16 nömrəli quyunun keyfiyyətlə təhvil verilməsi və sifarişçi  məmnunluğunun tam yerinə yetiliməsi ‘’Ümid’’ yatağında yeni bir dövrün başlanmasına təkan verir.  Belə ki, əlavə özüllərin tikilməsi, quyuların qazılması, işlənməsi və işlənmə rejimlərinin seçilməsi, o cümlədən qaz-kondensat hasilatının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaqdır.  Qeyd etdiklərimiz inteqrə edilmiş qazma və quyu xidmətləri göstərən müasir müəssisə olaraq, SOCAR AQŞ-nin inkişaf perspektivlərinin reallığını göstərir.

SOCAR AQŞ kollektivi, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi siyasət və strategiyanın həyata keçirilməsində və SOCAR rəhbərliyinin qarşıya qoyduğu konkret vəzifələrin icrasındakı öz töhfəsi ilə qürur duyur və bu şərəfli fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir!”

Qeyd edək ki, 2017-ci ilin dekabrında SOCAR AQŞ “Ümid-1’’ saylı dəniz stasionar özüldən faktiki dərinliyi 6352 m olan 14 nömrəli istismar quyusunu sifarişçi tərəfindən təyin olunmuş texnoloji parametrlər üzrə tam dəqiqliklə qazaraq uğurla təhvil vermişdir.

Tags: SOCAR-AQSУмид

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir
Azərbaycan

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir

19/10/2022
Gas Production at Umid Field to Exceed 960 MCM in 2020 – SOCAR
Azərbaycan

“Babək” strukturunda kəşfiyyat qazmasına hazırlıq gedir

02/08/2022
“Ümid” yatağında rekord göstəricilərlə 18 saylı quyu istismara verilib
Azərbaycan

SOCAR “Ümid” yatağından hasilatın artırılması layihəsinin vaxtını açıqladı

24/05/2022
“Ümid” yatağında rekord göstəricilərlə 18 saylı quyu istismara verilib
Azərbaycan

SOCAR-ın 2022-ci il üçün “Ümid” dolu qaz planları

03/04/2022
SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb
Azərbaycan

SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb

08/04/2021
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

SOCAR AQŞ-nin keçirdiyi jurnalist müsabiqəsinin qalibləri məlum oldu

22/07/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.