Çərşənbə axşamı, May 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Babək” strukturunda kəşfiyyat qazmasına hazırlıq gedir

02/08/2022
Gas Production at Umid Field to Exceed 960 MCM in 2020 – SOCAR
15
BAXIŞ
Share on FacebookShare on Twitter

Böyük Britaniyanın «Aquaterra Energy» şirkəti (offşor enerji üçün mühəndis həlləri sahəsində dünya lideri) Xəzər dənizinin Azərbaycan sektorunda “Babək” strukturunda kəşfiyyat quyusunun qazılması məqsədilə “Umid Babek Operating Company” (UBOC) üçün dirək tədarük edəcək.

«Aquaterra Energy» “Babək” yatağında BX-01 kəşfiyyat quyusunun qazılması proqramı çərçivəsində UBOC üçün yüksək təzyiq və temperaturlu (HPHT) sualtı dirəyin inşasına dair müqavilə əldə edib. «Aquaterra Energy» tam müstəqil dirək sistemi və OEM konnektorları təqdim edcək, hansılar ki, dənizin 62 metr dərinliyində özüqalxan qazma qurğusu (MODU) vasitəsilə istismar ediləcək”, – “İnterfaks-Azərbaycan” agentliyi “Aquaterra Energy” şirkətinə istinadən məlumat verir.

Şirkətin məlumatına görə, “Aquaterra Energy”nin mühəndis-ekspertlərindən ibarət komanda UBOC-a işlərin maksimum təhlükəsiz və effektivliyini təmin etmək məqsədilə yarımdalma qazma qurğusu əvəzinə özüqalxan qazma qurğusundan isitifadə etməyi tövsiyyə edib.

“Yarımdalma qazma qurğuları daha artıq müddətdə hərəkətsiz qala bilərlər və daha az dərinlikdə özüqalxan qurğunun istifadsindən fərqli olaraq, həmin əməliyyatın icrası üçün 20%-dək əlavə zaman tələb oluna bilər”, – məlumatda deyilir.

“BUBOC ilə bu laiyhə üzərində işləməkdən və həmçinin Azərbaycanda HPHT dirəklər sahəsində təcrübəmizi nümayiş etdirməkdən sevinc hissi duyuruq. Ətraflı düşünülmüş mühəndis həlləri, həmçinin karbonsızlaşdırılmsı üzrə səylərin dəstəklənməsi məqsədilə komandamizinböyük potensialını bunda görürük”, – məlumatda “Aquaterra Energy”nin innovasiyalar üzrə direktoru Ben Kannellin sözlərindən sitat gətirilir.

“Bu layihə ilə bağlı “Aquaterra”nın daimi məsləhətləşmələri adətən istifadə etmədiyimiz variantları öyrənməyə bizə imkan verdi. Ekoloji amilləri nəzərə alaraq, birlikdə biz vaxtında işi görə biləcəyik. Komandanın innovativ yanaşması bu layihə mümkün etmək üçün vacib rol oynayıb və biz əməkdaşlığımızın davam edəcəyinə ümid edirik”, – UBOC qeyd edir.

Xəbər verildiyi kimi, “Babək” strukturunda BX-01 axtarış-kəşfiyyat quyusunun qazılması üçün “Satti” özüqalxan qazma qurğusundan istifadə olunacaq. “Babək” strukturunun dayazsulu hissəsində dənizin 62 metr dərinliyində axtarış-kəşfiyyat işlərinin aparılması üçün mühəndis geoloji-geotexniki tədqiqatlar aparılıb, zəruri avadanlığın alınması prosesi davam etdirilir.

SOCAR-ın məlumatına görə, BX-01 quyusunda qazma işlərinin nəticələrinə əsasən Babək strukturunun dayazsulu hissəsinin işlənməsi planı və dərinsulu hissədə kəşfiyyat işlərinin planı hazırlanacaq.

Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb və may ayında qüvvəyə minib.

“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat, “Babək” strukturunun ehtiyatları isə 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.

2019-cu ilin fevral ayında Qazaxıstanın “KazMunayQaz” şirkəti “Satti” özüqalxan üzən qazma qurğusunun SOCAR-a etibarlı idarəetməyə verilməsi ilə bağlı razılığa gəlib, iyunda qurğu Bakıya gətirilib.

Tags: BabəkkəşfiyyatУмид

Eyni kateqoriyadan Digər materiallar

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
SOCAR və TRAO Türkiyənin cənubunda kəşfiyyat quyusu qazmağı planlaşdırırlar
Maraqlı Xəbərlər

SOCAR və TRAO Türkiyənin cənubunda kəşfiyyat quyusu qazmağı planlaşdırırlar

08/09/2022
“Ümid” yatağında rekord göstəricilərlə 18 saylı quyu istismara verilib
Azərbaycan

SOCAR “Ümid” yatağından hasilatın artırılması layihəsinin vaxtını açıqladı

24/05/2022
“Ümid” yatağında rekord göstəricilərlə 18 saylı quyu istismara verilib
Azərbaycan

SOCAR-ın 2022-ci il üçün “Ümid” dolu qaz planları

03/04/2022
“Ümid” yatağında ilk dəfə qazmaya əməliyyat şirkəti başçılıq edir
Azərbaycan

“Ümid” yatağında ilk dəfə qazmaya əməliyyat şirkəti başçılıq edir

05/05/2020
SOCAR-ın tarixi “Ümid“i- VİDEO
Azərbaycan

SOCAR-ın tarixi “Ümid“i- VİDEO

18/04/2019
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.