Cümə, May 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir

19/10/2022
“SOCAR AQŞ” məzunlar üçün karyera imkanları yaratmaqda davam edir
5
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR AQŞ” MMC-nin 2022-ci il üzrə Təcrübə Proqramı uğurla başa çatıb. Proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Fransa Azərbaycan Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri təcrübə qazanmaq və karyerə yolunda uğurla addımlamaq üçün iştirak ediblər.

Satınalma və təchizat zəncirinin idarə edilməsi, geologiya və yeraltı əməliyyatlar, eləcə də qazma mühəndisliyi ixtisası üzrə yeni bilik və bacarıqlara yiyələnən 8 təcrübəçi proqramı uğurla bitiriblər.

Proqramın sonunda qazma mühəndisliyi ixtisası üzrə təcrübə qazanmaq imkanı əldə edən Həmzət Hudulov və Gündüz Mahmudov “SOCAR AQŞ”nin onlara texniki biliklərdən əlavə praktiki iş bacarıqlarını aşıladığını, şirkət daxilində peşəkar mühəndislərlə beynəlxalq standartlar və şirkət dəyərləri çərçivəsində əvəzolunmaz biliklər əldə etmək imkanları qazandıqlarını vurğulayıblar. Komanda rəhbərləri və mentorlar tərəfindən təcrübəçilərin inkişafına birbaşa nəzarət edilməsi və hər cür dəstəyin göstərilməsi onların bu peşə üzrə ixtisaslaşması yolunda əsas rollardan birini oynayıb. Hər iki təcrübəçi proqramı uğurla tamamladıqdan sonra Həmzət Hudulov gələcək üçün planlarını təhsil yönümlü seçdiyi halda, Gündüz Mahmudov “SOCAR AQŞ” ailəsinə qoşularaq karyerasını kiçik qazma mühəndisi kimi davam etdirir.

Geologiya və yeraltı əməliyyatlar şöbəsində təcrübə proqramına qoşulan Rövşən Ələsgərov, Əmir Əliyev və Toğrul Babayev proqram haqqında “SOCAR AQŞ”də əldə olunmuş biliklərin onlara karyeraları ilə bağlı daha real və əsaslandırılmış qərarlar qəbul etməyə imkan verəcəyini və qazma sənayesində lider şirkət kimi ən yaxşı təcrübə imkanı olduğu fikirlərini bizimlə bölüşüblər. Təcrübə proqramını müvəffəqiyyətlə tamamlayan Əmir Əliyev və Toğrul Babayev öz təhsillərini davam etdirməyi qərara aldığı halda, Rövşən Ələsgərov peşəkar fəaliyyətini “SOCAR AQŞ” kollektivinə qoşularaq təcrübəçi geoloq rolunda davam etdirir.

Təcrübələrini satınalma və təchizat zəncirinin idarə edilməsi şöbəsində tamamlayan İlkin Səfərli, Günel Zeynallı və Sona Qənbərova nəzəri biliklərinin praktikada səmərəli istifadə edilməsi və layihələrin düzgün idarə edilməsi mövzusunda “SOCAR AQŞ”nin töhfəsinin əvəzolunmaz olduğunu bildiriblər. Proqramı uğurla başa vuran təcrübəçilərdən İlkin Səfərli satınalma və təchizat zəncirinin idarə edilməsi komandasında gələcək karyera yoluna davam edir.

Təcrübəçilərlə görüşən Baş direktor Samir Mollayev onları proqramı bitirmələri münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu edib. Samir Mollayev “SOCAR AQŞ”nin hər zaman gənclər üçün yeni fürsətlər yaratdığını, bundan sonra da təcrübə qazanma və karyera qurmaları istiqamətində onlara dəstək göstərəcəklərini bildirib.

Proqram sonunda hər bir iştirakçı sertifikatlarla təltif olunub.

“SOCAR AQŞ” 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Nobel Energy” və “Abşeron Qazma Şirkəti”nin yaratdığı kompleks qazma və quyu xidmətləri şirkətidir.

Qabaqcıl qazma texnologiyalarını təmin edən, yeni idarəetmə üsullarını tətbiq edən “SOCAR AQŞ” quyuların qazılması sahəsində uzun illər fəaliyyət təcrübəsinə malikdir.

“SOCAR AQŞ” ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz, etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.

“SOCAR AQŞ” 2009-cu ildən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür və bütün müvafiq beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

report

Tags: SOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb
Azərbaycan

SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazıb

08/04/2021
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

SOCAR AQŞ-nin keçirdiyi jurnalist müsabiqəsinin qalibləri məlum oldu

22/07/2020
“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir
Azərbaycan

“SOCAR AQŞ” jurnalist müsabiqəsinə material qəbulunu davam etdirir

14/07/2020
SOCAR AQŞ пробурила в истории Госнефтекомпании самую глубокую скважину
Azərbaycan

SOCAR AQŞ “Gücümüz birliyimizdədir” sosial çarxını təqdim etdi

01/06/2020
SOCAR AQŞ-nin 28 May gününə töhfəsi
Azərbaycan

SOCAR AQŞ-nin 28 May gününə töhfəsi

31/05/2020
“Ümid” yatağında ilk dəfə qazmaya əməliyyat şirkəti başçılıq edir
Azərbaycan

“Ümid” yatağında ilk dəfə qazmaya əməliyyat şirkəti başçılıq edir

05/05/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.