Şənbə, Noyabr 15, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft Fondu gəlirliyinin az olmasını bir daha izah edir

09/04/2019
Neft Fondu gəlirliyinin az olmasını bir daha izah edir
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Digər ölkələrin suveren fondları 2018-ci ildə gəlir əldə etmədiyi halda
Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35% olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) məlumat üçün bildirir ki, Azərbaycan Respublikasının Hesablama Palatası haqqında Qanuna, ARDNF-nin fəaliyyətini tənzimləyən normativ qanunvericiliyə uyğun olaraq Hesablama Palatası tərəfindən hər il ARDNF-nin büdcə layihəsinə, habelə büdcəsinin icrası barədə hesabata rəy verilir. Dövlət Neft Fondunun Müşahidə Şurası tərəfindən ARDNF-nin büdcə layihəsinə, eləcə də büdcəsinin icrası barədə hesabata rəy verərkən Hesablama Palatasının rəyi nəzərə alınır. Eyni zamanda Hesablama Palatası tərəfindən mütəmadi olaraq ARDNF-nin audit tədbirləri həyata keçirilir ki, Fondun büdcə layihəsinə, büdcəsinin icrasına dair Hesablama Palatasının rəyləri və audit hesabatları Palatanın internet səhifəsində yerləşdirilir.

Eyni zamanda nəzərə çatdırırıq ki, Hesablama Palatası tərəfindən ARDNF-nin 2018-ci il büdcəsinin icrasına dair analitik fəaliyyət üzrə tədbir keçirilmiş və bu tədbirin nəticələri qısa zamanda açıqlanacaqdır.

ARDNF əvvəlki açıqlamasına uyğun olaraq Fondun 2018-ci il üzrə gəlirliliyinin aşağı olmasına dair bir daha aşağıdakıları bildirir:

2018-ci ildə səhm bazarları həddən artıq dəyişkən olmuşdur. Qeyd edək ki, ötən ilin ilk 9 ayı ərzində qlobal səhm bazarlarında müsbət nəticələr əldə olunmasına baxmayaraq sonuncu rübdə dünyanın əksər əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik qeydə alınmışdır. Brexit ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-ın Federal Ehtiyat Sisteminin apardığı faiz dərəcəsi siyasəti barədə təşvişlərin artması, eləcə də Birləşmiş Ştatlarda yüksələn faiz dərəcələri fonunda şirkət gəlirləri ilə bağlı bədbin gözləntilər kimi amillər də birbaşa səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərmişdir.

2018-ci ildə səhm bazarlarında yaşanan yüksək qiymət dəyişkənliyi mühiti və bu əsnada yaranan enmə trendi bir çox uzunmüddətli institusional investorlar (o cümlədən, aparıcı suveren ehtiyat fondlarının əksəriyyəti) üçün də təsirsiz ötüşməyib. Belə ki, investisiya portfelinin əhəmiyyətli hissəsinin səhm aktivlərinin təşkil etdiyi bu investorlar gəlirliliklərində aşağı və ya mənfi nəticələr əldə ediblər.

Misal üçün 2018-ci ildə Norveçin suveren fondu Dövlət Pensiya Fondunun gəlirliliyi -6,1%, Alyaska və Yeni Zelandiyanın suveren fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1% və -2,18% olub. Qlobal səhm bazarlarında mövcud olan bu vəziyyət əlbəttə ki, digər investorlar kimi ARDNF-nin də 2018-ci il üzrə investisiya portfelinin lokal valyutada gəlirliliyinə təsir göstərib. Qeyd edilən dövr üzrə Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35% olub.

Bir daha qeyd etmək istərdik ki, ARDNF-nin əsas missiyası neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsidir.

ARDNF-nin investisiya portfelində səhm, daşınmaz əmlak, qızıl kimi aktivlərin də yer almasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən qlobal investisiya portfelinin qurulmasıdır. Səhmlər də investisiya aktivi olaraq bu portfel üçün xüsusi əhəmiyyət kəsb edir. Şirkətlərdə sahiblik statusu verən, onların mənfəət artımını, eləcə də iqtisadi artım kimi önəmli komponentləri öz dəyərində əks etdirən səhm yatırımları uzunmüddətli dövr ərzində daha yüksək gəlirlilik vəd etməklə, investisiya portfelinin şaxələndirilməsində müstəsna rol oynayır.

Səhmlərin portfeldə optimal həcmdə yer alması ARDNF-nin vəsaitlərinin real dəyərinin qorunmasında, o cümlədən onların alıcılıq qabiliyyətinin saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, bu da öz növbəsində, müəyyən zaman kəsiklərində investisiya portfelinə əlavə volatillik gətirir.

Tags: Neft Fondu

Eyni kateqoriyadan Digər materiallar

Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
Члены ОПЕК Венесуэла и Иран считают комфортной цену на нефть $100
Azərbaycan

Azərbaycan Dövlət Neft Fondu II rübdə 16 tona yaxın qızıl alıb

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
More than 66% of Azerbaijan’s oil production falls on the ACG block
Azərbaycan

Neft Fondu 11 ayda AÇG layihəsindən $5,7 milyarddan çox gəlir əldə edib

09/12/2024
Neft Fondu: məqsədimiz  spekulyativ gəlir əldə etmək deyil
Azərbaycan

Azərbaycanın Neft Fondu 25 ilə 202 milyard dollar gəlir əldə edib

18/07/2024
Neft Fondunun gəlirləri azalmağa başladı
Azərbaycan

Neft Fondu “Meta”nın 179 milyonluq səhmlərini alıb

29/04/2024
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.